Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 avqust – Laçın Şəhəri Günü ikinci dəfə təntənə ilə qeyd olunur...

Nazirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə doğma yurda qayıdan laçınlılarla yanaşı, rəsmilər, mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirlər.

Şəhər günü Laçının dörd məkanında – Bayraq meydanı, "Lacinema" kinoteatrı, seyrəngah və Həkəri çayının sahilində gerçəkləşir.

Bayraq meydanında təşkil edilən açılış mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın Şəhəri Günü münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, artıq ikinci dəfədir keçirilən Laçın Şəhəri Günü Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub. “Otuz ilə yaxın işğal dövründə düşmən Laçın şəhərini xarabalığa çevirmişdi. Laçının azad olunmasından başlayaraq qısa dövr ərzində burada geniş miqyaslı bərpa-quruculuq işləri aparılıb. Hazırda Laçın şəhərinin əvvəlki əzəməti bərpa edilir”, – deyə M.Məmmədov bildirib.

Digər çıxış edənlər Laçının füsunkar təbiətindən söz açıb, bayram münasibətilə şəhər sakinlərinə xoş arzularını çatdırıblar.

Tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri tərəfindən vətənpərvərlik ruhlu musiqilər ifa edilib. Daha sonra hərbi orkestrin müşayiəti ilə tədbir iştirakçılarının "Lacinema" kinoteatrına yürüşü olub.

Zəngin proqramı olan Laçın Şəhəri Günü rəngarəng tədbirlərlə gün ərzində davam edəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ən çox oxunanalar