Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

Türkiyə Qətərə hərbi gəmilər və F-16 döyüş təyyarələri göndərib...

Azər Qasımov: “Ərdoğan və Qətər şeyxi Əl Tanı ilə imzalanmış razılaşmaya əsasən Türkiyə Qətərdəki hərbi mövcudluğunu artırmaq qərarına gəlib”.

“HƏMAS-ın siyasi mərkəzi belə Qətərdə yerləşir. Görünən odur ki, Qətər tək ölkə kimi yox, eyni zamanda, “mərkəz” kimi də əhəmiyyət daşıyır”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə və Qətər arasında olan yaxınlaşmanı Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Türkiyə Qətərə hərbi gəmilər və F-16 döyüş təyyarələri göndərib. Ardınca isə Qətər əmiri Ankarada Ərdoğanla görüşüb.

Nəzərə alsaq ki, QətərABŞ-ın Yaxın Şərqdə ən böyük hərbi bazası yerləşur, o zaman Türkiyənin bu addımları nədən xəbər verir və bu konteksdə Yaxın Şərqdə nələr baş verir?

Yaxın Şərqdə baş verənləri Poliqon-un əməkdaşı politoloq politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Türkiyənin Qətərdə olan maraqları digər ərəb ölkələrindən çoxdur”.

Qətərin Türkiyə üçün ərəb dövlətləri arasında xüsusi əhəmiyyətə malik olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, bu, əvvəla Türkiyə Prezidenti Ərdoğan ilə Qətər əmiri Əl Tani arasında olan xüsusi münasibətlərə əsaslanır:

“Türkiyə və Qətər arasında, Ərdoğan və Qətər rəhbəri Əl Tanı ilə ikitərəfli imzalanmış razılaşmaya əsasən Türkiyə Qətərdəki hərbi mövcudluğunu artırmaq qərarına gəlib. Türkiyə bu məqsədlə Qətərə hərbi gəmilər və 6 ədəd F-16 döyüş təyyarələri yerləşdirəcək. Bir müddət öncə Qətər də öz döyüş təyyarələrini Türkiyəyə göndərmişdi. Qətər Türkiyə üçün ərəb dövlətləri arasında xüsusi əhəmiyyətə malikdir. Bu, əvvəla Türkiyə Prezidenti Ərdoğan ilə Qətər əmiri Əl Tani arasında olan xüsusi münasibətlərə əsaslanır.

Eyni zamanda Qətər ərəb müsəlman dünyası içərisində “Müsəlman qardaşları” “Ihvan” adlanan müxalif təşkilatın da mərkəzidir. Səudiyyə Ərəbistanı, BƏƏ və Misir ilə hər zaman qarşı cəbhələrdədir. Bir neçə il öncə, hətta həmin ölkələr Qətərə hücum etmək barədə qərar qəbul etmişdilər. Türkiyənin Qətərə ordu birlikləri göndərməsi və orda hərbi baza yerləşdirilməsi onları bu fikirlərindən çəkindirmişdi.

Azər Qasımov: “Qətər dünya miqyasında mövcud olan dərin təşkilatların əlaqə mərkəzi rolu oynayır”.

Qətər kiçik ölkə olsa da, strateji mövqeyi baxımından Fars körfəzində çox əhəmiyyətli yerdə yerləşir. Qətərin ərəb dünyasında xüsusi yeri vardır. Qətər dünya miqyasında mövcud olan dərin təşkilatların əlaqə mərkəzi rolu oynayır. HƏMAS-ın siyasi mərkəzi belə Qətərdə yerləşir. Görünən odur ki, Qətər tək ölkə kimi yox, eyni zamanda, “mərkəz” kimi də
əhəmiyyət daşıyır. Bu baxımdan, Türkiyənin Qətərdə olan maraqları digər ərəb ölkələrindən çoxdur.

Yaxın Şərqdə hadisələr İranın HƏMAS-ın rəhbərinin Tehranda öldürülməsindən sonra İsrailə hücuma hazırlaşır. Ən azı hücum etməyəcəyi də deyilmir. Hesab edirəm ki, Türkiyə İsrailə təzyiqləri artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir. Bu, həm hərbi, həm də siyasi təzyiq yoludur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar