Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni faşistlərinin Yerevan küçələrində yürüşü: “Biz Rusiya faşizminə qarşıyıq...” - Video

Sərbəst fəaliyyət göstərən amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında erməni nasistlərinin və “Sasna tsrer” terrorçu qruplaşmasının üzvlərinin Yerevan küçələrindəki növbəti yürüşü barədə reportaj hazırlayıb. Virtualaz.org xəbər verir ki, jurnalist yürüş iştirakçıları ilə söhbətləşir. Onlardan biri deyir: “Biz erməni millətçiləriyik. Rusiyaya da qarşıyıq, Amerikaya da...”

Digər millətçi isə daha konkret danışır: “Biz Rusiya faşizminə qarşıyıq, Kreml faşizminə qarşıyıq. Biz Qərbin tərəfdarıyıq...”

Həmin yürüş iştirakçısı Nikol Paşinyan barədə də mövqeyini ifadə edir: “O, satqındır!”. Jurnalistin sualına cavab olaraq deyir ki, “Sasna tsrer” liderləri daha yaxşı baş nazir olardı. Onu müşaiyət edən digər iştirakçı-yaşlı erməni isə dəqiqləşdirir, “Sasna tsrer” lideri Jirayr Səfilyanın baş nazir kimi gördüklərini deyir.

Başqa bir yürüş iştirakçısı isə “biz həbsxanada yaşamaq istəmirik, azad yaşamaq istəyirik” deyir, kommunistləri, KQB-ni, SSRİ-ni bir daha görmək istəmədiklərini bildirir. Əlavə edir ki, Rusiya işğalçıdır, Ermənistanı işğal edib. Və Qarabağ müharibəsində Ermənistana kömək etməyib.

“Bizə belə kömək lazım deyil, bu işğaldır. Biz Avropanı istəyirik, Qərbi istəyirik, sivilizasiyanı istəyirik. Bizim 3 min il yaşımız var, təsəvvür edirsiniz?”,-həmin yürüş iştirakçısı deyir... (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Ən çox oxunanalar