Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Abasov: “Emin Mahmudovun yoxluğu hiss olundu”

"Hər iki komanda matça itkilərlə çıxmışdı. Bizdə Emin Mahmudovun yoxluğu hiss olundu. Bəzi məqamlarda çətinliyimiz oldu. Şükürlər olsun, qalib gəldik. Fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanırıq".

"Report"un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, milli komandalara gedən futbolçulara görə əziyyət çəkəcəklər: "Amma inanırıq ki, problem olmayacaq. A milliyə neçə nəfərin getdiyini bilmirik. Bu, məşqlərimizə 100 faiz təsir edəcək. Hazırda Fəhmin Muradbəyli zədəlidir. Həkimlər çox əlləşir. Məşqdə bəladan qurtardı. Ayağı sına bilərdi. Əhməd Əhmədovun əzələsi də dartılma var. İnanırıq ki, fasilədə hər ikisi sıraya qayıdacaq".

Baş məşqçi yeni transfer Keysuke Hondanın məşqə çıxdığını söyləyib: "Fərdi məşqçisi ilə individual olaraq məşq edir. 3 gündən sonra komanda ilə hazırlıqda iştirak edəcək. Fiziki durumu ilə bağlı nəsə demək çətindir. Fasilədə yoxlama oyunu keçirməm istəyirik. Orada Hondanın durumunu daha yaxşı görəcəyik".

Abasov komandanın motivasiyalı oynamasının Hondanın gəlişi ilə bağlı olmadığını söyləyib: "Əksinə ilk hissədə çox top itirdik. Məncə, elə də yaxşı oynamadıq. Sadəcə, bu oyunda qələbə çox önəmli idi".

Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə ikinci qolu vuran Stiven Jozef-Monrozun etdiyi jestə aydınlıq gətirib: "Ötən gün məşqdə klubumuzun prezidenti Kamran Quliyev Monroza demişdi ki, görünmürsən. Bu gün futbolçumuz o jesti ilə zarafatca cavab verdi ki, burdayam".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ən çox oxunanalar