Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan öz sərhədlərinə qayıdır - Əks halda müharibə başlayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla sərhədin ZəngilanQubadlı istiqamətində son vaxtlar baş verən proseslər haqda danışıb.

PİA.az-ın məlumatına görə, o bildirib ki, Ermənistan Sünik vilayətində (Zəngəzur) sərhədlərin demarkasiyasının yekunlarına əsasən özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərinə geri çəkilir. Və həmin sərhədlərin mühafizəsi üçün Rusiyanın sərhəd qoşunları cəlb olunur.

“Bu gün Rusiyanın sərhəd qoşunları və digər qüvvələr Sünikdə sərhədlərin mühafizəsnə cəlb olunub. Bu, təhlükəsizlik nöqteyi nəzərindən yeni reallıqdır”,-Paşinyan belə deyib.

O, Sünikdə “torpaqların verildiyi” və ya belə təhlükənin yarandığı haqda iddiaları rədd edib. Bildirib ki, reallıq tamam başqadır və Ermənistan öz ərazilərindən “bir metr də olsun” güzəştə getmir.

O, Sünikdə “torpaqların verildiyi” və ya belə təhlükənin yarandığı haqda iddiaları rədd edib. Bildirib ki, reallıq tamam başqadır və Ermənistan öz ərazilərindən “bir metr də olsun” güzəştə getmir.

“Məsələ ondadır ki, həmin istiqamətdə Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar sahələrdə (ZəngilanQubadlı ərazilərinin işğal altında qalmış sahələrindən söhbət gedir,-red.) hərbi əməliyyatların bərpa edilməsi ehtimalı yüksək idi. Və əgər orada belə eskalasiya baş versəydi o zaman dalğa ortaya çıxacaq bütün nəticələri ilə birlikdə Sünik vilayətinə, Ermənistan ərazisinə də çatacaqdı”,-Paşinyan deyib.

Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşması əldə olunarkən Ermənistan qüvvələri hələ ZəngilanQubadlının bəzi həmsərhəd ərazilərindəki mövqelərini saxlayırdı. Dünən isə həmin razılaşmaya uyğun olaraq erməni silahlıları Ermənistan ərazisinin içərilərinə geri çəkiliblər, Zəngilan rayonunun 1992-ci ildə işğal edilmiş Ağkənd kəndi də daxil olmaqla sərhədyanı ərazilərimiz Azərbaycanın nəzarətinə geri qaytarılıb. Sərhədlərin demarkasiyasına dair prosesin QubadlıLaçın istiqamətlərində aparıldığı bildirilir.

Paşinyan qeyd edib ki, sərhədlərin demarkasiyası (yəni Ermənistanın on illərdir işğal altında saxladığı ərazilərdən öz sərhədlərinə geri çəkilməsi) nəqliyyat və logistika baxımından

çətinliklər yarada bilər. “Lakin bu məsələlər həll edilə biləndir”,-o deyib. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay