Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür?

Avropalıların fikrincə, həmin vaxt 72 yaşa çatacaq Kremlin sahibi hakimiyyəti verməyə də bilər

Məlum olduğu kimi, 2024-cü ildən sonra Vladimir Putin yenidən prezidentliyə öz namizədliyini irəli sürə bilməz. Lakin onun hakimiyyətdə qalması üçün bir sıra konstruksiyalar işlənib hazılanıb.

Fransanın “Les Echos” qəzetinin Moskva yazarı Benjamen Kenelin məqaləsində Rusiyada yuxarı dairələrdə hazırda Putinin gedişi barədə düşnmək cəsarətinin belə olmadığını qeyd edir.

“Kremldə hələ ki bu məsələ “tabu” xarakteri daşıyır. “Putindən sonra kim olacaq, təbii ki, Putin!”, - deyə prezident administrasiyasının yüksək rütbəli üzvü jurnalistə söyləyib.

“O, heç kimə güvənmir. O, yalnız bizim jarqonda “konstruksiya” kimi bilinən anlayışa inanır. Yəni yaxşıca yağlanmış yay və vintlərlə olan mexanizmə...”,-deyə Kenel yazır.

“Birinci plan 2008-ci ilin ssenarisinin yaşanması, yəni prezident kürsüsünü Dmitri Medvedevə verib, baş nazir olaraq ölkənin əsl yiyəsi olmaqdır.

İkinci ssenari isə indiki “konstruksiyaya” bir mərtəbə də artırıb, yəni Rusiyada “ali rəhbər” vəzifəsini quraraq onun 2024-cü ildə seçiləcək prezidentdən də yüksək pillədə dayanmasını təmin etməyi nəzərdə tutur (İrandakı kimi).

Kreml kuluarlarında prezidentin 2024-cü illər bağlı dediyi sözlər dolaşır: “Mən fərari ola bilmərəm. Çünki missiyamı hələ başa çatdırmamışam”,- deyə yazıda qeyd olunur.

“Bunu həm də belə yozmaq olar ki, Vladimir Putin bu gün Rusiya prezidenti olsa da gələcəkdə Belarusiya ilə ittifaqın və ya Rusiya ətrafında keçmiş sovet respublikalarından bir neçə dövlətin iştirakı ilə formalaşacaq birliyin rəhbəri olmağı planlaşdırır”,- “Les Echos”dakı yazıda göstərilib.

İstənilən halda bu cür konstruksiyalar 2000-ci ildən bu yana hakimiyyəti əlinə keçirən güc orqanlarının ağırlıq təşkil edəcəyi komandanın fasadına çevriləcək.

Müəllif köhnə sistemin içində peyda olan yeni adamlara diqqət çəkərək onların adlarının 2024-cü ildə daha çox hallana biləcəyini qeyd edib.

O, bunlardan prezidentin mühafizə xidməti rəisinin keçmiş müavini, müdafiə nazirinin keçmiş müavini, hazırda Tula vilayətinin qubernatoru Aleksey Dyumin, sənaye və ticarət naziri Denis Manturov, Nijni Novqorod qubernatoru Qleb Nikitin, Novqorod vilayətinin quberntoru Andrey Nikitin və nəhayət, Moskva şəhərinin meri Sergey Sobyaninin adlarını göstərib.(musavat.com)

pia.az


Etiket: Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Ən çox oxunanalar