Azad Suriya Ordusunu da (ASO) özündə birləşdirən Suriya Milli Ordusu Türkiyənin Fəratın şərqində yuvalanan separatçı terror təşkilatına qarşı mümkün əməliyyata 15 min əsgərlə dəstək verməyə hazır olduqlarını açıqlayıb
ASO-nun açıqlaması İngilis xəbər agentliyi “Reuters” vasitəsilə dünyaya çatdırılıb. ASO əsgərlərinə təlimi TSQ verib.
Türkiyə daha əvvəl tarixi “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatlarında avanqard birlik olaraq birlikdə əməliyyat həyata keçirdiyi ASO-ya Fəratın şərqi əməliyyatı üçün də təlim verib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə yönəlik əməliyyat başlayacağını açıqlamasından sonra Türkiyənin dəstəyi ilə yaradılan və yenidən qurularaq Suriya Milli Ordusunu təşkil edən Azad Suriya Ordusundan (ASO) Türkiyəyə dəstək açıqlaması verilib.
Alman nəşri olan “Deutsche Welle”-də (DW) yer alan xəbərə görə, Suriya Milli Ordusunun sözçüsü Hamud, "Əməliyyatın Türkiyə və Suriya ərazilərindən sinxron şəkildə" başlayacağını qeyd edərək cəbhələri Münbiç, Tel Abyad və Resulayn olaraq sıralayıb. Hamud Türkiyə ərazisindəki əməliyyatın Suriyadan bir neçə gün əvvəl başlayayacağını da qeyd edib.
İngilis xəbər agentliyi “Reuters”-in xəbərinə görə, Suriya Milli Ordusunun sözçüsü mayor Yusif Hamud, əməliyyat üçün hələ dəqiqləşən bir tarix olmadığını, ancaq 15 min Suriyalı döyüşçünün əməliyyata qoşulmağa hazır vəziyyətdə olduğunu bildirib. (Müxalifət.az)
pia.az