Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyada terrora hazırlaşan dəstə tutuldu

Almaniya polisi ölkənin şərqində yerləşən Xemnitz şəhərində ultra-sağçı radikal terror təşkilatı yaratmağa cəhddə şübhəli bilinən 7 nəfəri həbs edib

Saxlanılan şəxslər Almaniyadakı əcnəbilərə və ultra-sağçıların siyasi rəqiblərinə qarşı silahlı hücumlar planlaşdırıblar.

Almaniyanın federal prokurorlarının məlumatına əsasən, tutulanlardan 6-sı 20-30 yaş arasındadır. Onlar Saksoniyanın taktiki polis bölmələri tərəfindən bu gün ələ keçiriliblər. 31 yaşlı yeddinci şübhəli isə ötən ay saxlanılan Kristian adlı şəxsdir və qrupun lideridir. Onların hamısı Almaniya vətəndaşlarıdır və “Xemnitz inqilabı” adlanan qrup formalaşdırıblar.

Prokurorlarının sözlərinə görə, saxlanılan şübhəlilər Almaniyanın demokratik nizamını devirməyə cəhd ediblər. Radikallar hətta 3 oktyabr Almaniyanın milli birlik günündə hücuma hazırlaşıblar.

Qeyd edək ki, 26 avqustda Almaniyanın Saksoniya federal torpağındakı Xemnitz şəhərində alman vətəndaşının İraq və suriyalı miqrantlar tərəfindən bıçaqlanaraq öldürülməsindən sonra ultra-sağçılar şəhərdə kütləvi etiraz mitinqlərinə başlayıblar. Etirazlarla yanaşı, şəhərdə ultra-sağçı alman millətçilərinin “miqrant ovuna” çıxması və onları təqib edərək şiddət tətbiq etdiyinə dair internetdə videolar yayımlanmışdı.(Azvision.az)

pia.az


Etiket: Almaniya Terror

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Ərdoğanın Qarabağ üzərindən İsraili hədələməsinin səbəbi nədir?.. - Şərh

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - Yenilənib

Politoloq: Belə görünür ki, savaş qapıdadır...

Politoloq: Blinken o dərəcədə güclü diplomatik gedişlər edə bilməz...

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Ən çox oxunanalar