Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərə sərbəst internet - wi-fi verilməsi nə qədər doğrudur?

Təhsil eksperti: “Əgər bütün məktəblərə azad internet quraşdırılsa, şagirdlərin başı internetdə vaxt keçirməyə qarışar”

“Bu gün bizim nəyinki şaagirdlərimiz, hətta informatika fənini tədris edən müəllimlərimiz arasında komputer proqramlaşdırmasını və bununla bağlı sahələri bilməyən müəllimlər var”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Həsənov iqtisadçı alim Qubad İbadoğlunun təhsil Nazirlyinə verdiyi təklifləri PİA.az-a şərh edərkən deyib.

Xatırladaq ki, Azərbaycanın tanınmış iqtisadçı alimi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ–ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin professoru Qubad İbadoğlu Beynəlxalq müəllimlər günündə Təhsil Nazirliyinə 3 təklif təqdim edib.

“Facebook”sosial şəbəkəsində təkliflərini paylaşan Qubad İbadoğlu ibtidai sinifdən başlayaraq informatikanın tədrisinə başlanılmasını, şagirdlərə tədrisin Apple, Microsoft, Google şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilməsini, Bakı şəhərində, xüsusilə də respublika tabeli şəhərlərdə orta məktəblər wi-fi ilə təmin olunmasını və orta məktəblər üçün dərsliklərin, ev tapşırıqlarının və çalışmaların on-line bazası yaradılmasını, ixtisaslar üzrə dünya reytinqində ilk 100 - lükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqları dövlət tərəfindən qarşılansın və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərsliklərlə təminat xərci nəzərə alınmaqla təqaüdlər verilməsini ön görüb.

Qubad İbadoğlunun bu təklifləri, xüsusən şagirdlərin məktəblərdə azad şəkildə internetlə təmin olunaraq on-line bazası əsasında dərsliklərdən istifadə etməsi Azərbaycanda nə qədər mümkündür və azad internetdən dərs saatlarında istifadə etmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovun fikrini öyrənib.

Kamran Əsədov: “Hal-hazırda ev tapşırıqlarının online bazası demək olar ki, fərqli formada mövcuddur. Belə ki, e-derslik, e-test portalaları və digər portalalar bu funksiyanı yerinə yetirir”.

Kamran Əəsədov PİA.az-a açıqlamasında qeyd edib ki, iqtisadçı alim Qubad İbadoğlunun əklifləri olduqca maraqlı və cəlbedicidir. Baxmayaraq ki, ölkədə bu sahədə işlər görülür. Amma bütövlükdə bu sahədə real vəziyyət o qədər də ürək açan deyil. Bundan başqa təhsil eksperti internetin məktəblərdə hamıya əlçatan olmasının fəsadlara səbəb olacağını da vurğulayıb:

“İlk növbədə qeyd edim ki, hörmətli iqtisadçı alim Qubad bəyin təklifləri olduqca maraqlı və cəlbedicidir. Baxmayaraq ki, ölkədə bu sahədə işlər görülür. Amma bütövlükdə bu sahədə real vəziyyət o qədər də ürək açan deyil.

Təhsil haqqında qanuna edilmiş dəyişikliyə görə respublika fənn olimiyadalarının qalibləri qalib gəldikləri ixtisaslar üzrə müsabiqədən kənar ali məktəblərə qəbul edilirlər.

Bundan başqa fənn olimpiadası haqqında əsasnaməyə görə fənn olimpiadasının qalibləri Azərbaycan Respublikasının Təhsil NazirliyiAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən müəyyən olunmuş qaydada təltif edilirlər. Olimpiada qaliblərinə pul mükafatı və (və ya) hədiyyələr təqdim oluna bilər. Olimpiadanda fərqlənmiş tələbələrə ali təhsil müəssisələrinin, digər nazirlik və təşkilatların mükafatları və hədiyyələri də verilə bilər. Bu hədiyyələrin içərisində hər il bahalı komputer və digər qiymətli əşyalar olur.

Qeyd edim ki, fənn olimpiyadaları istedadlı uşaqlarla iş şöbəsi ölkəmizdə istedadlı uşaqların aşkarlanması onların qabiyyətlərinin inkişafı istiqamətində mühüm işdir.

İkinci təklifdə wi-fi quraşdırılmasıdır ki, bu əlbətdə ki, yaxşı olardı. Orta məktəblərin hamısı dövlət tərəfindən internetlə təmin olunub. Lakin ayrıca olaraq şagirdlərin sərbəst internetə girişə blok qoyulub. Çünki bu müxtəlif fəsadlar və poblemlər yarada bilər. Hazırda ölkədə olan 4472 orta məktəbin hər biri internetlə təmin olunub və məktəblərdəki komputerlərin hamısının internetə çıxışı var. Amma problem bütün məktəblərə komputerlərin yaxşı vəziyyətdə və internetin sürətindədir.

Əgər bütün məktəblərə azad internet quraşdırılsa, şagirdlərin başı internetdə vaxt keçirməyə qarışar. Başqa fəsadlar da ortaya çıxa bilər. Hal-hazırda ev tapşırıqlarının online bazası demək olar ki, fərqli formada mövcuddur. Belə ki, e-derslik, e-test portalaları və digər portalalar bu funksiyanı yerinə yetirsə də, bundan 1.6 milyon şagirdimizin cəmi 100 mini ümumiyyətlə istifadə edir.

Kamran Əsədov: “Məktəblərə bahalı, müasir avadanlıqları verəndə ondan istifadə edən olmayacaq”.

Bu gün bizim nəyinki şaagirdlərimiz, hətta informatika fənini tədris edən müəllimlərimiz arasında komputer proqramlaşdırmasını və bununla bağlı sahələri bilməyən müəllimlər var. Ona görə də bahalı, müasir avadanlıqları verəndə ondan istifadə edən olmayacaq.

Bir daha qeyd edim ki, təkliflər maraqlıdır, amma bu o demək deyil ki, təklif edilən məsələlər orta məktəblərdə yoxdur. var , sadəcə olaraq, zəifdir.

##relatedPostMilli##

Digər bir məsələ isə, xaricdə təhsil alanlara bağlıdır ki, xatırladım ki, ölkə prezidentinin Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dövlət büdcəsi hesablna təhsil alan 4 minə yaxın gəncə bu illər ərzində 90 milyon mmanatdan çox vəsait ayrılıb. Əlbətdə ki, bu rəqəm bəzi ölkələr üzrə yetlərli olmaya bilər. Ümumilikdə bu məsələndə də dövlət fəaliyyət göstərir.

Dünya reytinnqində ilk 100-lükdə olan universitetlərdə təhsil alan Azərbaycanlı tələbələr azdır. Hesab edirəm ki, bu siyahını 500-ə qədər təhsil alanlara təklif etmək daha effektiv olar.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar