Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Səudiyyə Ərəbistanı ilə əlaqələri dərinləşdirəcək...

İsrailin Baş naziri Benyamin Netanyahu ölkələrin bir-birini rəsmən tanıyıb-tanımamasından asılı olmayaraq, Səudiyyə Ərəbistanı ilə iqtisadi və işgüzar əlaqələri dərinləşdirmək niyyətində olduğunu açıqlayıb...

Poliqon xəbər verir ki, İsrailin Baş naziri bu barədə Bloomberg Agentliyinə müsahibəsində deyib.

Netanyahu hesab edir ki, əgər İsrail və Səudiyyə Ərəbistanının “siyasi istəkləri” varsa, o zaman ölkələr münasibətləri normallaşdırmaq üçün “siyasi yol” tapa bilər. Onun fikrincə, İsrail və Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq investorlar üçün böyük iqtisadi nəticələrə səbəb olacaq.

Netanyahu İsrail və Səudiyyə Ərəbistanının bir-biri ilə əməkdaşlıqda həyata keçirə biləcəyi layihələr arasında Ərəbistan yarımadasından keçərək Avropaya gedən iqtisadi dəhlizini göstərib. Marşruta enerji, nəqliyyat və kommunikasiya texnologiyaları daxildir.

2022-ci ilin dekabrında Netanyahu Nazirlər Kabinetinin əsas vəzifələrindən birinin İsrail ilə ərəb dövlətləri arasında "sülh dairəsinin kəskin şəkildə genişləndirilməsi" olacağını deyib. 2023-cü il martın 10-da İranSəudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

İsrailin müdafiə naziri: Kim bizə hücum etməyə cəsarət etsə, əvəzini ağır ödəyəcək

Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay