Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İranı zərbələr üçün qanuni hədəf adlandırıb

İsrailin sənaye və iqtisadiyyat naziri Nir Barkat deyib ki, İran İsrailin raket zərbələri üçün qanuni hədəfdir, çünki Tehran yəhudi dövlətinə qarşı olan hərbiləşdirilmiş hərəkatları dəstəkləyir...

Poliqon xəbər verir ki, nazir bu barədə The Telegraph nəşrinə müsahibəsində bildirib.

"İran İsrail üçün qanuni hədəfdir... Mən Kubanın raket böhranında prezident Kennedinin strategiyasından istifadə etməyi tövsiyə edirəm. O, əslində Kubadan gələn raketin ardınca Moskvaya doğru cavab raketinin gələcəyini söyləmişdi", deyə Nir Barkat bildirib.

Onun sözlərinə görə, İsrail İranın nəzarətində olan qüvvələrdən istifadə etdiyinə görə cavab verəcəyinə dair Tehrana mesaj göndərməlidir.

Nir Barkat onu da bildirib ki, İordan çayının qərb sahilindən olan fələstinlilər yenidən yəhudi dövləti ərazisində işləyə bilməyəcəklər, onların yerini əcnəbi işçilər tutacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin komandanı Bred Kuper deyib ki, İran Qırmızı dənizdə husilər tərəfindən atəşə tutulan gəmilərə hücumlarda birbaşa iştirak edir: "Deyim ki, İran açıq şəkildə husiləri maliyyələşdirir, resurs verir, təchiz edir və öyrədir... Onların bu hücumlarda birbaşa iştirak etdiyi açıqdır. Burada heç bir sirr yoxdur".

O, İranın maliyyələşdirdiyi qüvvələrin hücumlarının artdığını etiraf edib. Əvvəllər onlar yalnız Fars körfəzi və Hörmüz boğazını təhdid edirdilərsə, indi bütün Yaxın Şərqdən söhbət gedir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Ən çox oxunanalar