Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Trampla Ukraynaya sülh gətirməyin yollarını müzakirə edib

Macarıstanın baş naziri Viktor Orban Floridada ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb...

Poliqon xəbər verir ki, Macarıstanın baş naziri bu barədə X sosial şəbəkəsində yazıb. Orban qeyd edib ki, tərəflər Ukraynada sülhə nail olmağın yollarını müzakirə ediblər. Görüş NATO-nun Vaşinqtonda keçirilən sammitindən bir gün sonra baş tutub.

Prezident Donald Trampı Mar-a-Laqoda ziyarət etmək şərəf idi. Biz sülhü bərqərar etməyin yollarını müzakirə etdik. Günün xoş xəbəri: o, bu problemi həll edəcək”, deyə Orban X sosial şəbəkəsində yazıb.

Reuters Agentliyi Orbanın mətbuat katibinə istinadən yazır ki, görüş Macarıstan baş nazirinin “sülhməramlı missiyası” çərçivəsində baş tutub.

Donald Tramp Viktor Orbanla görüşünü şərh edərkən özünün Truth Social sosial şəbəkəsində yazıb: “Təşəkkür edirəm, Viktor. Sülh tezliklə gəlməlidir”.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp dəfələrlə hakimiyyətə gələrsə, Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində dayandıracağını bildirib. Media onun planının bir hissəsi olaraq Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlardan imtina edəcəyi təqdirdə Ukraynanı hərbi yardımın azaldılması ilə hədələməyi planlaşdırdığını yazıb. Amerika mətbuatı yazıb ki, Tramp Ukraynanın Rusiyaya qarşı ərazi güzəştlərinə getməsini sülh üçün əsas yol hesab edir. Donald Trampın kampaniyası bu məlumatı təkzib edib.

Qeyd edək ki, Viktor Orbanın “sülhə nail olmaq” missiyası iyulun 2-də Kiyevə səfəri ilə başlayıb, burada o, Vladimir Zelenski ilə görüşüb və atəşkəs imkanlarını müzakirə edib. Orban daha sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra isə Çinə gözlənilməz səfər edib. Görüşlərdən sonra Macarıstanın baş naziri Aİ liderlərinə məktub göndərərək, Rusiya ilə Ukrayna arasında danışıqların ilin sonuna qədər başlamasını təklif edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay