Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qlobal dövlət borcu 100 trilyon dolları keçib

Keçən il qlobal ümumi dövlət borcu 100 trilyon dollar həddi keçib və qlobal iqtisadiyyata nisbətən sürətlə böyüməyə davam edir...

Poliqon xəbər verir ki, "RİA Novosti" Agentliyi bu barədə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinadən yazır.

Nəşr ilin ortalarına qədər 2023-cü il üçün ÜDM məlumatlarını təqdim edən 178 iqtisadiyyat haqqında məlumatları öyrənib. Konsolidə edilmiş dövlət borcu mərkəzi hökumətlərin, regionların və bələdiyyələrin borcunu nəzərə alır.

Belə ki, ötən il qlobal dövlət borcu 5,8% artaraq 101 trilyon dollara çatıb. Eyni zamanda, qlobal ÜDM nominal ifadədə 4,2% artaraq 105,4 trilyon dollara çatıb.

Bu, ümumi qlobal borcun ÜDM-ə nisbətini əvvəlki ildəki 94,5%-dən 95,8%-ə çatdırıb.

ABŞ-ın ən yüksək milli borcu 37,5 trilyon dollarla qlobal iqtisadiyyatın 35,6%-ni təşkil edir. İkinci yerdə 14,9 trilyon dollar və ya qlobal ÜDM-in 14,1%-i borcu ilə Çin qərarlaşıb.

Son bir ildə hər iki ölkənin dövlət borcu müvafiq olaraq 6% və 8% artıb, onların qlobal iqtisadiyyatdakı payı ABŞ üçün 0,8, Çin üçün isə 0,5 faiz bəndi artıb.

Konsolidə edilmiş dövlət borcuna görə Rusiya 28-ci yerdədir. İl ərzində onun borcu 12% azalaraq 321,3 milyard dollara düşüb ki, bu da qlobal iqtisadiyyatın 0,3%-ni təşkil edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay