Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İddia, yoxsa gözlənilən reallıq? - Azərbaycanın Dağlıq Qarabağın SSRİ zamanındakı sərhədlərini tanıya bilərmi?..

Belə bir müqavilənin imzalanması Azərbaycanın maraqlarına nə qədər xidmət edir?..

Siyasi şərhçi: “Azərbaycan tərəfində Dağlıq Qarabağın sərhədlərinin tanınması çox fəsadlara yol aça bilər”.

Dağlıq Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında aparılmalı olan delimitasiya və demarkasiyası prosesinin predmeti deyil”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər Azərbaycan, ErmənistanRusiya arasında yeni üçtərəfli müqavilənin imzalanacağı iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Yayılan bəzi məlumatlara görə SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı Azərbaycan, ErmənistanRusiya arasında yeni üçtərəfli müqavilə imzalanacaq. İddialara əsasən müqavilə Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərini müəyyənləşdirdiyi kimi, SSRİ vaxtında mövcud olan DQMV-nin sərhədlərinə uyğun qaydada Dağlıq Qarabağın da muxtar sərhədlərini müəyyən edəcək və bu müqavilə əslində Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin əsasını təşkil edəcək. Erməni mətbuatının yazdığına görə belə bir müqavilənin imzalanması payızda gözlənilir.

Belə bir müqavilənin imzalanması Azərbaycanın maraqlarına nə qədər xidmət edir və Azərbaycan tərəfində Dağlıq Qarabağın sərhədlərinin tanınması hansı fəsadlara yol aça bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Sülhəddin Əkbər ilə müzakirə edib.

Sülhəddin Əkbər: “Azərbaycanın Ermənistanla imzalayacağı sərhədlərin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı sənədlərdə Dağlıq Qarabağ haqda hər hansı bənd olmamalıdır”.

Erməni mətbuatının iddia etdiyi müqavilənin Azərbaycanın maraqlarına xidmət etmədiyini düşünən ekspert PİA.az-a bildirib ki, Azərbaycan belə bir müqavilə ilə razılaşa bilməz və belə müqaviləni imzalaya da bilməz:

Azərbaycanın maraqlarına uyğun olan odur ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesi aparılsın. Bu proses başa çatandan sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Təbii ki, sülh sazişinin əsas tələblərindən biri tərəflərin qarşılıqlı olaraq bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığını tanıması olmalıdır.

Ümumiyyətlə Azərbaycanın Ermənistanla imzalayacağı sərhədlərin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı sənədlərdə Dağlıq Qarabağ haqda hər hansı bənd olmamalıdır. Çünki Dağlıq Qarabağ məsələsi Azərbaycanla Ermənistan arasında aparılmalı olan delimitasiya və demarkasiyası prosesinin predmeti deyil. Buna görə də erməni mətbuatının iddia etdiyi müqavilə Azərbaycanın maraqlarına xidmət etmir. Düşünürəm ki, Azərbaycan belə bir müqavilə ilə razılaşa bilməz və belə müqaviləni da imzalaya bilməz.

Azərbaycan tərəfində Dağlıq Qarabağın sərhədlərinin tanınması çox fəsadlara yol aç bilər. Bir daha qeyd edim ki, Azərbaycan tərəfinin belə müqaviləyə razı olması mümkün deyil”.

Nərminə UMUDLU

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar