Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert çox təsirlı və yaddaqalan keçib və alqışlarla qarşılanıb...

Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblə

Qeyd olunub ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cumlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ulu Öndərin 100 illik yubileyi ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq, həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub. Bu klassik musiqi gecəsi həmçinin Ulu Öndərin əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub.
İlk olaraq Mustafa Mehmandarovun dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ifa edib.

Daha sonra orkestrin və Xalq artisti Gülbacı İmanovanın rəhbəri olduğu Azərbaycan Dövlət Xor Kapellasının müşayiətləri ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Müslüm Maqomayev, Cahangir Cahangirov, Arif Məlikov, Niyazi, Vasif Adıgözəlov, Kamal, Sevil Əliyeva, Ruslan Zeynalov və başqalarının ölməz əsərləri və xalq mahnıları Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İlham Nəzərov, Anar Şuşalı, Ceyla Seyidova, Xəyyam Mustafazadə, Afaq Abbasova, Sahib Paşazadə və tanınmış ifaçı Amil Həsənoğlu tərəfindən səsləndirilib.
Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert çox təsirlı və yaddaqalan keçib və alqışlarla qarşılanıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar