Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güney Azərbaycanda həbsdə olan qadın hüquq müdafiəçisi beynəlxalq mükafata layiq görülüb

Güney Azərbaycanın Zəncan şəhərindən olan İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavini Nərgiz Məhəmmədiyə Parisdə "Sərhədsiz Reportyorlar" Təşkilatının 2022-ci il üzrə “Cəsarət Mükafatı” verilib.

“Report” xəbər verir ki, məlumatı GünAzTV yayıb.

Bildirilib ki, mükafat Nərgiz Məhəmmədinin qızına təqdim edilib. O, anasının mükafatlandırma mərasiminə göndərdiyi ismarışı oxuyub: “Bu ismarışı 60-dan çox qadın siyasi məhbusun əhatəsindən yazıram. Ölkəmdə xalq üsyanı baş verir. Hakimiyyətin repressiyası davam edir” .

Tehranda Evin adlı həbsxanada saxlanılan azərbaycanlı siyasi məhbus Nərgiz Məhəmmədi bu həftə BBC tərəfindən dünyanın yüz nüfuzlu və ilhamverici qadınlarından biri seçilib.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib. Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə alınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq təhdid edilərək təzyiqlərə məruz qalıb.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nbel Sülh mkafatına layiq görülüb, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşı sayılır.

Qeyd edək ki, mükafata Nərgiz Məhəmmədi ilə yanaşı, Ukraynadan olan jurnalistlər Mstislva Çernov və Yevgeni Maloletka, Mərakeş vətəndaşı Ömər Radi də layiq görülüb.

pia.az 


Etiket: Mükafat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Ən çox oxunanalar