Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır...

“Report” xəbər verir ki, Türkiyə lideri barədə ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi AzərbaycanErmənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır.

Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə, o qeyd edib.

O, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə Zəngəzur dəhlizi məsələsini müzakirə etmədiyini də vurğulayıb: “Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistanİrana fayda verəcək strateji marşrutdur. İranAzərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə ​​onlar üçün daha asan olacaq”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay