Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Məmmədyarov Polşa XİN başçısının müavini ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Polşanın xarici işlər nazirinin təhlükəsizlik, Şərq siyasəti və Amerika siyasəti üzrə müavini Baroş Çixotskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, tərəflər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə ediblər.

Eyni zamanda ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən iqtisadi, energetika, nəqliyyat, ticarət, kommunikasiya, kənd təsərrüfatı və digər sahələri üzrə geniş fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov bölgədə mövcud olan geosiyasi və təhlükəsizlik vəziyyəti barədə qarşı tərəfə məlumat verərək, bu xüsusda həlli uzadılmış münaqişələrin bölgənin təhlükəsizliyinə əsas hədə olduğunu vurğulayıb və Polşanın Azərbaycanın suverenlik, müstəqillik və ərazi bütövlüyünə verdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib.

Polşalı nazir müavini ölkəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmət prinsipinə münasibətdə birmənalı mövqe tutduğunu və bu yanaşmanın bütün hallara münasibətdə eynilə tətbiq edilməsinin tərəfdarı olduğunu deyib.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynadığını bildiriblər.

Görüşdə Azərbaycanla Polşa arasında mövcud olan dialoq tempinin gələcəkdə də qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar