Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Afentliyinə tabe olan “Şahdağ Turizm Mərkəzi” 1.2 milyonu vergidən yayındırıb

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Şahdağ Turizm Mərkəzi” QSC 1,2 mln. manat məbləğində əmlak vergisi ilə bağlı ödəməni dövlət büdcəsindən yayındırıb...

Poliqon xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən Cəmiyyətdə aparılan audit yoxlaması zamanı üzə çıxıb.

Belə ki, 2022-ci ildə faktiki hesablanmış əmlak vergisinin hesablanmalı əmlak vergisinə nisbətən azaldıldığı müəyyən edilib. “Şahdağ Turizm Mərkəzi”nin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyərinə əsasən 2022-ci il üzrə hesablanmalı əmlak vergisinin məbləğinin 2,6 mln. manat olduğunu nəzərə alaraq müvafiq dövr üçün vergi orqanına təqdim edilmiş Əmlak vergisinin bəyannaməsində əmlak vergisinin məbləği 1,4 mln. manat əks etdirildiyindən, dövlət büdcəsinə hesablanmalı 1,2 mln. manat məbləğində əmlak vergisi azaldılıb.

Bundan əlavə, Cəmiyyətin işçilərinin sayı və balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri göstəricilərinə əsasən Vergi Məcəlləsinin tələblərinə uyğun Cəmiyyətin mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınması təmin edilməyib, Bakı şəhəri üzrə DVX-nin Milli Gəlirlər Baş İdarəsində deyil, Qusar rayonu üzrə 3 saylı Ərazi Vergilər İdarəsində uçota alınıb.

Audit zamanı müəyyən edilib, Mərkəz həmçinin, qanunsuz elektrik enerjisi istehsal edib. Belə ki, Cəmiyyətin tərkibində Qusar-Ləzə yolunun 29-cu kmdə yerləşən Birləşmiş İstilik Elektrik Stansiyası fəaliyyət göstərir. Stansiyada “Azəriqaz” İstehsalat Birliyindən alınmış təbii qazdan istifadə edilməklə ümumi elektrik enerji gücü 10,5 mvt olan elektrik enerjisi istehsal edilib, amma müvafiq icazə Energetika Nazirliyindən alınmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay