Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DAK: İran rejiminə qarşı insan haqlarını dəstəkləyən bütün real güc sahibləri qüvvələrin mübarizəsini təqdir edirik

İranda hakim rejim daxili böhranlardan çıxmaq üçün son dörd onillikdə olduğu kimi müharibə qızışdırıcılığına və ekspansionizmə əl atıb, Yaxın Şərqi qanlı müharibəyə sürükləyib və məzlum Fələstin xalqının əzabından istifadə edib. 

Dörd ərəb ölkəsini işğal edən bu rejim hazırda Yaxın Şərqdə sülh, sabitlik və tərəqqi üçün ən mühüm maneəyə çevrilib. Belə bir durumun bədəlini isə İran və Yaxın Şərq xalqlaqrı yoxsulluq, ölüm və geriliklə ödəyir.

İranın daxilində sağalmaz iqtisadi və sosial böhranlar xalqın səbrini son həddə çatdırıb. İranda yaşayan insanlar digər ölkələrlə sülh və dostluq içində yaşamaq, demokratik, ədalətli cəmiyyətdə yaşamaq istəyini dəfələrlə açıq etirazlar halında bildirib və etirazlar repressiyaya məruz qalıb. Dünyanın bu bölgəsində sülh və tərəqqinin bərqərar olmasının yeganə yolu İranda yaşayan insanların haqq mübarizəsini, demokratiya istəyini dəstəkləməkdir. “Avropa’dakı İranlılar Komitəsi” rejimin basqı və ədalətsizliyinə etiraz edən xalq hərəkatının iradəsini dəstəkləmək üçün bəyanat qəbul edərək, xarici ölkə parlamentlərində və dünyanın tanınmış siyasi xadimləri arasında qlobal kampaniya aparır. 2023-cü  ildə oxşar bəyanat 41 ölkədən 61 parlamentdə 29 parlamentin əksəriyyəti, 3600 parlament üzvü, 120 keçmiş dünya lideri və 75 Nobel mükafatı laureatı tərəfindən dəstəklənib.

Dünya Azərbaycanlıları Konqresi İran rejiminə qarşı insan haqlarını dəstəkləyən bütün demokratik, real güc sahibləri qüvvələrin mübarizəsini təqdir edir və bölgədə azad demokratik idarəçiliyi vacib sayır.

Poliqon.info


Etiket: DAK İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar