Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir dövlət Rusiya vətəndaşlarına girişi bağladı

Sentyabrın 12-də Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb...

Bu gündən Rusiya vətəndaşlarının turistik Şengen vizası ilə Çex Respublikasına girişinə rəsmi şəkildə qadağa qoyuldu.

Rusiyalılar turizm, idman və ya mədəniyyət məqsədi ilə Çexiyanın beynəlxalq hava limanından ölkəyə daxil ola bilməyəcəklər.

Rusiya rejiminin mülki hədəfləri bombaladığı bir şəraitdə biz buna göz yuma bilmərik”, - deyə Çex Respublikasının xarici işlər naziri Yan Lipavski bildirib.

Nazirin sözlərinə görə, Çex Respublikası səfərbərlikdən qaçaraq sığınacaq istəyən rusiyalılara da viza verməkdən imtina etməlidir. Lakin ölkə Prezidenti Miloş Zeman nazirin fikri ilə razılaşmayıb və həmin şəxslərin respublikanın təhlükəsizliyinə heç bir təhlükə törətmədiyini vurğulayıb.

Beləliklə, Çex Respublikası sərhədlərini Rusiya vətəndaşlarına bağlayan altıncı ölkə oldu. Xatırladaq ki, bundan əvvəl Latviya, Litva, Estoniya, Finlandiya və Polşa da sərhədlərini rusiyalılara bağlayıblar.

Bu ölkələrə yalnız qohumlarını ziyarət edən Rusiya vətəndaşları, habelə dissidentlər, yük maşını sürücüləri və diplomatlar daxil ola bilər. Bu ölkələrin hökumətləri humanitar əsaslarla ölkəyə giriş imkanını saxlayıblar. Lakin belə hallar fərdi formada nəzərdən keçiriləcək.

Xatırladaq ki, sentyabrın 12-də Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Ən çox oxunanalar