Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq” abonentlərinə şad xəbər: Yeni xidmətlər istifadəyə verildi

Azərişıq” ASC-nin elektron xidmətlərinə yenilik əlavə edilib.

Tətbiq edilən yeni xidmətlərlə artıq abonentlər evdən çıxmadan elektron hökumət üzərindən onlayn qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcəklər.

Üstəlik bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün onlayn qaydada ödənişsiz olacaq.

Azərişıq” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev abonentlərin yeni xidmətlərdən hansı şəkildə faydalana biləcəkləri barədə məlumat verib:

“Yeni elektron xidmətlərlə əhali abonentlərinə geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentlərində sayğac zədələnməsi ilə bağlı elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib.

Eyni zamanda, xarici və yerli investorlar “Azərişıq” ASC elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərini “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə getmədən onlayn qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq.

Bununla yanaşı, müraciətlər, müraciətə baxılma müddəti və digər bütün detallar elektron hökumət portalı üzərində “Azərişıq” ASC-nin bazasında qalacaq”.

Qeyd edək ki, “ASAN Kommunal” üzərindən artıq “Azərişıq” ASC öz abonentlərinə 19 elektron xidmət təqdim edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

Ən çox oxunanalar