Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Ukraynada bir çox nazirlər istefa verib...

Siyasi-analitik: “İstefa ərazilərinin yazılmasının Ukraynanın təşəbbüsü ələ alması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi-siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub”.

“Ukrayna hazırda xeyli dərəcədə ABŞ-dən asılıdır. Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi-siyasi elitada ziddiyyətləri gücləndirir”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Ukrayna hökumətində baş verən istefaları Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba istefa verib. Bundan başqa Ukraynada baş nazirin iki müavini, 4 nazir və bir fond rəhbəri istefa ərizələrini təqdim ediblər. Kadr dəyişikliklərinin davam edəcəyi deyilir. Ukrayna prezidenti Vladimir Zelenski hökumətdə baş verən dəyişiklikləri payızda baş verəcək əlamətdar hadisələrə hazırlıq kimi dəyərləndirib.

Bəs, Zelenski nəyə hazırlaşır və payızda müharibənin gedişatında qırılma baş verməsi ehtimalı varmı?

Mövzunu Poliqon-un əməkdaşı “Report” İnformasiya Agentliyinin əməkdaşı, siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Ola bilsin, Vladimir Zelenski adı çəkilən məmurların fəaliyyətlərindən narazıdır. Mümkündür ki, əslində prezident özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib”.

Əgər bu istefa ərizələri yazılmasaydı, Ukrayna hərbi-siyasi elitasındakı gərginliyin daha da böyüyəcək və ictimailəşəcəyini düşünən analitik Poliqon-a açıqlamasında qeyd edib ki, ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb:

“Ukrayna xarici işlər naziri Dmitri Kulebanın istefa ərizəsinə növbəti plenar iclaslardan birində baxılacaq. Hətta, nazirin vəzifəsini icra edə biləcək adamın adı da açıqlanıb. Qeyd olunub ki, bu adam nazirin birinci müavini Andrey Sibiqa ola bilər. Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər.

Prezident Volodimir Zelenski məsələyə münasibət bildirərək deyib ki, ölkənin yeni enerjiyə ehtiyacı var.
Ukraynada vəzifəli şəxslərin ard-arda istefa əraziləri yazması diqqət çəkir. Maraqlıdır ki, bu, Ukraynanın müharibədə qismən təşəbbüsü ələ aldığı və Rusiya ərazisinə daxil olduğu vaxta təsadüf edir. Belə bir vaxtda nazirlər niyə istifadə verməlidir ki? Yəqin ki, adı çəkilən şəxslər yaxın günlərdə bu barədə açıqlama verəcəklər. Böyük ehtimalla, həmin şəxslərin əksəriyyətinin istefası qəbul olunacaq.

Fikrimizcə, istefa ərazilərinin yazılmasının Ukraynanın təşəbbüsü ələ alması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi-siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub. Təfərrüatlar barədə proqnoz vermək çətindir. Lakin mümkündür ki, Vladimir Zelenski adı çəkilən şəxslərdən fərqli olaraq daha ehtiyatlı ritorikanın tərəfdarıdır və ya əksinə.

Kənan Novruzov: “Gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil”.

Ukrayna hazırda xeyli dərəcədə ABŞ-dən asılıdır. Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi-siyasi elitada ziddiyyətləri gücləndirir. Başqa bir versiya ondan ibarətdir ki, ola bilsin, Vladimir Zelenski adı çəkilən məmurların fəaliyyətlərindən narazıdır. Mümkündür ki, əslində prezident özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib. Əks halda, yəni əgər dövlət başçısı özü bu qədər məmuru birdən- birə istefaya göndərsə idi, bu, daxildə narazılığa səbəb olardı.

Düşünmək olar ki, əgər bu istefa ərizələri yazılmasa idi, Ukrayna hərbi-siyasi elitasındakı gərginlik daha da böyüyəcək və ictimailəşəcəkdi. Ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb.

Onu da deyək ki, gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar