Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “Elektron vəkil orderi”nin pilot layihə kimi tətbiqinə başlanıb

Azərbaycanda “Elektron vəkil orderi”nin pilot layihə kimi tətbiqinə başlanıb

Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Dünya Bankının dövlət sektoru üzrə mütəxəssisi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin Tapşırıq üzrə Qrup Rəhbəri Eva Melisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdən əvvəl qonaqlar Mərkəzin inzibati binası ilə tanış olub, onun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

VK-nın sədr müavini - Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qurumda 2017-ci ilin dekabrından etibarən bütün sahələrdə aparılan köklü islahatların innovasiya tətbiqindən də yan keçmədiyini bildirib. O diqqətə çatdırıb ki, Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək VK tərəfindən vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində çoxsaylı işlər görülüb.

Sədr müavini VK tərəfindən başladılan "Elektron vəkil orderi" də daxil olmaqla vəkillik sahəsindəki digər xidmətlərdə innovasiyaların tətbiqinin, ötən ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində gücləndirilməsindən, "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə əlaqəli xidmətlərin elektronlaşdırımasının bütün tərəflər üçün faydalarından, təqdirəlayiq olmasından bəhs edib. O vurğulayıb ki, artıq bu əməkdaşlıq çərçivəsində "Elektron vəkil orderi" bir Vəkil Bürosunda pilot layihə kimi başlanılıb, beş Vəkil Bürosunun isə yaxın günlərdə qoşulması gözlənilir. Bunun artıq özünü doğruldacağına ümid etdiyini deyən Ş.Məmmədov qısa zaman ərzində bütün respublikanı əhatə edəcəyini söyləyib.

E.Melis çıxışında VK ilə sıx əməkdaşlıqdan məmnun olduğunu və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə Kollegiyanın Baş katibi Bayram Orucov, VK-nın üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev və "Professional IT” şirkətinin direktoru Emin Babayev həm ötən dövr ərzində, həm də birgə əməkdaşlıq çərçivəsində görülən işlərin hesabatlılığını təqdim edib, onların effektivliyini diqqətə çatdırıb, eyni zamanda hər bir işin hansı mərhələdə olduğu barədə ümumi məlumat verib, o cümlədən layihə başa çatandan sonra da əməkdaşlığın davam edəcəyinə ümid etdiklərini dilə gətiriblər.

Görüşdə həmçinin Bankın dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Ən çox oxunanalar