Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana Rusiyadan yanvar-oktyabrda 24 mln. dollarlıq şokolad idxal edilib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 36,39 mln. ABŞ dolları dəyərində 15 256,89 ton həcmində şokolad və ondan hazırlanan digər məmulatlar idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın ümumi şokolad idxalının 72,7%-i Rusiyanın payına düşüb. Bələ ki, hesabat dövründə Azərbaycan bu ölkədən 24,03 mln. dollar dəyərində 11 089,16 ton şokolad idxal edib.

Azərbaycana ikinci ən çox şokolad göndərən ölkə Ukrayna olub. Bu ölkədən Azərbaycan 3,24 mln. dollar dəyərində 1 763,37 ton şokolad idxal edib.

İdxal bazarının sonrakı pillələrində qərarlaşan Türkiyə və İrandan isə müvafiq olaraq 4,186 mln. dollar dəyərində 940,42 ton və 1,116 mln. dollar dəyərində 759,14 ton şokolad ölkəyə gətirilib.

Avropa İttifaqı ölkələrindən Azərbaycana ən çox şokolad ixrac edən ölkələr Almaniya və İtaliya olub. Belə ki, cari ilin ilk on ayında Almaniya Azərbaycana 598,6 min dollar dəyərində 135,9 ton, İtaliya isə 905,98 min dollar dəyərində 122,48 ton şokolad və ondan hazırlanan digər məmulatlar tədarük edib.

pia.az 


Etiket: Şokolad


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar