Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azalternativenerji” ləğv edilib

Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 1 fevral 2013-cü il tarixli fərmanında dəyişiklik edib.

Poliqon.info xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, “Azalternativenerji”nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşma aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlak özəlləşdirməyə açıq elan ediləcək. Bunun üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət başçısının 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ADövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.

Nazirlər Kabineti "Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 3-cü şəxslər qarşısında öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi özəlləşdirməyə açıq elan edilmiş əmlakın özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirməli, investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə, özəlləşdirilməsinin daha səmərəli şəkildə həyata keiçirilməsi üçün zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Energetika Nazirliyi isə özəlləşdirməyə açıq elan edilmiş əmlak İqtisadiyyat Nazirliyinə təhvil verilənə qədər onun idarə olunmasını və qorunub saxlanılmasını təmin etməli, Maliyyə Nazirliyi ilə birlikdə həmin əmlakın idarə olunması və qorunub saxlanılması üçün zəruri maliyyə vəsaitinin ayrılmasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Poliqon.info 


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ramiz Mehdiyevin qızının hərraca çıxarılan 25 milyonluq mülkünü alan olmayıb - Fotolar

Telefonunuzu bu yerlərdə şarj etməyin - Təhlükəlidir

İsrailin müdafiə naziri: Kim bizə hücum etməyə cəsarət etsə, əvəzini ağır ödəyəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay