Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın ortasında böyük müharibə təhlükəsi - Alovlanan Rusiya-Ukrayna münaqişəsi...

Donbasda başlayacaq yeni Rusiya-Ukrayna müharibəsi ayrı-ayrılıqda Rusiyaya və Ukraynaya, həmçinin Şərqi Avropaya nə vəd edir?..

Siyasi şərhçi: “Heç şübhəsiz Rusiya və Ukrayna arasında münaqişənin aktiv fazaya keçməsi daha böyük və daha çoxşaxəli prosesin yaranmasına səbəb ola bilər”.

“Donbasda başlayacaq yeni müharibə heç şübhəsiz hər iki tərəfdən çoxlu itkilərə səbəb olacaq. Müharibənin də hara qədər gedəcəyini indidən demək çox çətindir”.

Bu sözləri siyasi şərhçi Sülhəddin Əkbər Ukraynanın Şərqindəki alovlanan münaqişəsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd.

Rəsmi Kiyev Qərb ölkələrini Ukraynanın Şərqindəki Rusiya-Ukrauna münaqişəsinin yenidən alovlanmasının qarşısını almağa çağırıb. Görünən budur ki, yaza doğru Rusiyanın Ukrayna ərazisinə müdaxiləsi nəticəsində başlanmış münaqişə ocağı aktiv fazaya keçəcək. Bir çox analitiklər də hesab edirlər ki, Ukraynanın Şərqində yeni müharibənin başlaması sadəcə an məsələsidir və artıq ox yaydan çıxmış kimi görünür.

Münaqişəsinin aktiv fazaya keçməsi bu dəfə daha böyük əraziləri əhatə və daha çoxşaxəli proses ola bilərmi? Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi ayrı-ayrılıqda Rusiyaya və Ukraynaya, həmçinin Şərqi Avropaya nə vəd edir?

Alovlanan Rusiya-Ukrayna münaqişəsini PİA.az-ın əməkdaşı siyasi şərhçi Sülhəddin Əkbər ilə müzakirə edib.

Sülhəddin Əkbər: “Əgər Ukraynanın şərqində toqquşmalar başlasa və bu toqquşmalar müharibəyə çevrilsə, əvvəlkindən daha şiddətli olacaq və qanlı müharibə olacaq”.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsindən sonra Ukraynada da qələbə əhval-ruhiyyənin nisbətən yüksəldiyini nəzərə çatdıran Sülhəddin Əkbər PİA.az-a bildirib ki, Azərbaycandan fərqli olaraq Ukrayna xaricdən qat-qat böyük dəstək alacaq:

“Heç şübhəsiz Rusiya və Ukrayna arasında münaqişənin aktiv fazaya keçməsi daha böyük və daha çoxşaxəli bir proses ola bilər. Xatırlayırsınızsa 2014-cü ildə Rusiyanın müdaxiləsi zamanı Ukraynanın silahlı qüvvələri bu təcavüzə hazır deyildi. Kiyevdə sadəlövhcəsinə düşünürdülər ki, nüvə silahından imtina etdiyinə görə Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələr onu qoruyacaq. Ümumiyyətlə Ukrayna bir dövlət olaraq həmin dönəmdə müharibəyə hazır deyildi. Eyni zamanda Ukraynanın silahlı qüvvələri də müharibəyə hazır deyildi. Eyniz zamanda Rusiyapərəst Yanukoviçin hakimiyyətdə olması Ukraynanın müharibəyə hazırlanmasını imkansız hala gətirmişdi. Bu üzdən də Ukrayna müharibədə ağır məğlubiyyətə uğradı və ərazilərini itirdi.

2014-cü ildən artıq 7 il keçib. Ukrayna bu 7 ildə həm özü güclənib, həm də tərəfdaş ölkələr, NATO tərəfindən ciddi dəstəklənib. Yəni Ukrayna hərbi, hərbi texniki, hərbi strateji baxımdan ciddi dəyişikliyə nail olub və Ukrayna ordusu demək molar ki, yenidən qurulub. Xüsusən Kiyevə siyasi və hərbi dəstək verən ölkələr arasında ABŞ, Böyük Britaniya və Türkiyə seçilir. Bu baxımdan Ukraynanın silahlı qüvvələri artıq daha yüksək döyüş qabiliyyətinə malikdir. Həmçinin də Ukrayna müasir texnologiyalarla işlənmiş silahlara sahiblənib. Bu silahlar həm Ukraynada istehsal olunur, həm də xaricdən alınır.

Sülhəddin Əkbər: “Azərbaycanın ətrafında yaranmış uyğun, əlverişli durumu daha yaxşı, daha yüksək səviyyədə Ukraynaya şamil etmək olar”.

İkinci Qarabağ müharibəsində Azərbaycanın qalib gəlməsindən sonra Ukraynada da qələbə əhval-ruhiyyənin nisbətən yüksəlib. Ukraynalılar hesab edirlər ki, əgər bunu Azərbaycan başardısa, onlar da başara bilərlər. Nəzərə alsaq ki, Azərbaycanın ətrafında yaranmış uyğun, əlverişli durumu daha yaxşı, daha yüksək səviyyədə Ukraynaya şamil etmək olar. Yəni onu demək istəyirəm ki, xaricdən Ukrayna qat-qat böyük dəstək alacaq. Məsələn Azərbaycan ABŞ, Avropa Birliyi və NATO-dan dəstək almadığı halda, Ukrayna bu böyük güclərdən dəstək ala biləcək.

Rusiyanın hərbi qüvvələrinin daha geniş ərazilərə yayıldığını, hibrid müharibədə daha təcrübəli olduğunu nəzərə alsaq, deyə bilərik ki, əgər Ukraynanın şərqində toqquşmalar başlasa və bu toqquşmalar müharibəyə çevrilsə, əvvəlkindən daha şiddətli olacaq və qanlı müharibə olacaq. Bu müharibə heç şübhəsiz hər iki tərəfdən çoxlu itkilərə səbəb olacaq. Müharibənin də hara qədər gedəcəyini indidən demək çox çətindir”.

Qeyd edək ki, yeni müharibə Ukrayna və Avropa üçün hansı nəticələr doğuracağını indidən proqnozlaşdırmaq çətindir. Müharibənin doğuracağı nəticələr müxtəlif ola bilər. Hər şeydən əvvəl müharibənin Rusiya iqtisadiyyatına və geosiyasi maraqlarına ağır zərbə vuracağı da şübhə doğurmur. böyük müharibə və Rusiyanın Ukraynaya açıq təcavüzü Moskvanın Qərblə münasibətlərini həddindən artıq korlaya və Moskva ilə Qərb arasında “dəmir pərdə” ortaya çıxa bilər.

“Əslində yeni Ukrayna müharibəsinin birinci mərhələsi Kiyev üçün təhlükəli görünsə də, uzaq hədəfdə Rusiya üçün vahiməli görünür...”

Ukraynanın isə məğlub olduğu halda yeni ərazilərinin itirilməsi, hətta Ukraynanın Şərqi və Qərbi Ukraynaya parçalanması baş verə bilər. Təcrübədə Putinin geri addım atmayan bir siyasətçi olduğunu və Ukrayna məsələsinin Rusiya üçün fövqəldövlət olaraq qalmaq yolunda “ölüm-qalım” məsələsi kimi görüldüyünü də göz önünə gətirərsək, demək olar ki, yeni müharibənin uzun illər davam edəcək bir Qərb-Rusiya “soyuq müharibə”sinə çevrilməsi ehtimalı da böyükdür.

Əslində yeni Ukrayna müharibəsinin birinci mərhələsi Kiyev üçün təhlükəli görünsə də, uzaq hədəfdə Rusiya üçün vahiməli görünür. Çünki uzun müddət davam edəcək bir Ukrayna girdabı Rusiyanın tükənməsinə və digər geosiyasi cəbhələrdə ciddi uğursuzluğuna yol aça bilər...

Nərminə UMUDLU
pia.az


Etiket: Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur meyxanaçının evinə basqın edildi    

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Məşhur iş adamı külli miqdarda cərimə edilə bilər

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Netanyahu: İsrail istənilən təcavüzə sərt cavab verməyə hazırdır

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ yığmasına qalib gəlib

Xəzər dənizində 52 yaşlı balıqçı batıb - Video    

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər     

Ən çox oxunanalar