Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynanı uzaqmənzilli raketlərlə təchiz etməyi planlaşdırmır...

Amerika Birləşmiş Ştatları Böyük Britaniyadan nümunə götürməyi və Ukraynanı özünün uzaqmənzilli ATACMS raketləri ilə təmin etməyi planlaşdırmır...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazır.

Nəşr qeyd edir ki, bəzi rəsmilərin fikrincə, ABŞ hazırda Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli raketlərin çatdırılması barədə açıqlamasından sonra bu problemi həll olunmuş hesab edir.

Amerika rəsmilərindən biri nəşrə deyib ki, “ABŞ-ın bununla bağlı siyasəti dəyişməyib”. Eyni zamanda, o qeyd edib ki, ABŞ Ukraynanı “Patriot”lar kimi hava hücumundan müdafiə vasitələri, döyüş sursatı və zirehli texnika ilə təmin etməyə davam edəcək.

Qeyd edək ki, Ukrayna müttəfiqlərindən uzaqmənzilli silahlar istəyir və onların müharibənin gedişatını kökündən dəyişə biləcəyini qeyd edir. Lakin ABŞ bütün bu müddət ərzində raketləri təmin etməkdən imtina edir.

Səbəblərdən biri də ABŞ ordusunun özündə bu raketlərin çatışmazlığıdır. Amerika həm də Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə edəcəyindən qorxur.

Bundan əvvəl Britaniyanın Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazırlaşdığı məlum olub. Söhbət 300 km-ə çatan “Storm Shadow” raketlərindən gedir. Bu, ABŞ-ın Kiyevə təhvil verməkdən imtina etdiyi ATACMS hərbi-taktiki raket sistemi ilə eyni məsafədədir. Eyni zamanda, Britaniya gələcək tədarüklərin vaxtını və miqyasını hələ göstərməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Britaniyanın Baş naziri Pezeşkian ilə 30 dəqiqəlik telefon danışığı aparıb

Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib  

Ukrayna ordusu Rusiyanın bu şəhərini ələ keçirdi – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay