Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Amerikanın Sierra Nevada Korporasiyası (SNC) "Boeing E-4B Nightwatch" hava komandanlığının varisinin ilk konseptual şəkillərini təqdim edib...

Poliqon xəbər verir ki, bu barədə "The War Zone" nəşri məlumat yayıb.

Yeni təyyarə "Survivable Airborne Operations Center" (SAOC) proqramının bir hissəsi kimi hazırlanıb. Baza olaraq "Boeing" şirkəti tərəfindən hazırlanmış geniş gövdəli reaktiv təyyarə olan "Boeing 747-8" seçilib. Hazırda həmin təyyarə artıq istehsal olunmur.

Şəkillər göstərir ki, E-4B əvəzedicisi ağ və mavi rəng sxemi də daxil olmaqla, onun əcdadına çox bənzəyir. Əsas fərqlər arasında "General Electric GEnx" mühərrikləri, həmçinin yeni antena quruluşu və hava ilə yanacaq doldurma sistemi var.

Bundan əlavə, təyyarə öz əcdadından daha böyük və daha çox daxili məkana sahib olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Sierra Nevada Korporasiyası ilə E-4B Nightwatch-un varisinin hazırlanmasını nəzərdə tutan 13 milyard dollarlıq müqavilə imzaladığı bildirilmişdi. İş Kolorado, Nevada və Ohayo ştatlarında aparılacaq. Onların başa çatdırılması növbəti onilliyin ikinci yarısında gözlənilir.

Aktiv E-4B-lər prezidentə, müdafiə nazirinə və ABŞ ordusunun digər yüksək rütbəli üzvlərinə verilir. Onlar yerüstü nəzarət strukturları məhv edilərsə, nüvə müharibəsi zamanı istifadə olunacaq. O, prezidenti və müdafiə nazirini xilas etməlidir.

Belə təyyarələrin təxminən bir həftə uçuşda ola biləcəyi güman edilir (əlbəttə ki, havada yanacaq doldurmaq şərti ilə). Təyyarədə olan avadanlıq nüvə partlayışının təsir faktorlarından qorunur. Təyyarələrin hər biri yüz nəfəri havaya qaldırmağa qadirdir. Cəmi dörd "Boeing E-4" inşa edilib.

Qeyd edək ki, Rusiyada "Nightwatch"ın şərti analoqları mövcuddur. Onlar İl-80 adlanır və İl-86 bazasında qurulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Ata 13 yaşlı qızına təcavüz etdi: 18 il həbs olundu

Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı təfərrüat

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlanıb

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Politoloq: Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin” başlanması kimi təqdim edilməsi yanlışdır...

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Azərbaycanda 3 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Ən çox oxunanalar