Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Türk prezident Pezeşkian Xamneyinin xeyir duasını alıb...

Pezeşkianın prezident seçilməsi bir çox baxımdan İran üçün sürpriz oldu...

Siyasi-şərhçi: “Bir seçkiləri ki, onun namizədlərini, namizədin kimlər ola bilməsini Ali dini liderin tabeçiliyində olan İran Konstitusiyasının Keşikçiləri Şurası müəyyən edirsə, oradan hər hansı bir ciddi dəyişiklik gözləmək sadəlövlük olar”.

“Pezeşkian uzağı müəyyən sosial iqtisadi məsələlərdə, insanların rifahının artırılması yönündə, müəyyən xarici əlaqələrdə yumşalma siyasətini aparmaqla yadda qala bilər ki, o da, Xamneyinin tapşırığı və yaxud bilgisi çərçivəsində olacaq”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranda qalib olan Məsud Pezeşkianın siyasi fəaliyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ötən həftə İranda Məsud Pezeşkianın prezident seçildi və bu, bir çox baxımdan İran üçün sürpriz oldu. İslahatçı Azərbaycan türkünün İran prezidenti olmasını bir təsadüf, daha doğrusu etirazlardan sonra İran xalqının ortaya qoymuş olduğu siyasi iradədir, yoxsa, başda Ali dini lider olmaqla, ayətüllahlar islahatçı düşərgədən bir türkü seçməklə hansısa siyasi maraq güdürlər? Yəni Ali dini lider və SEPAH-ın iradəsi xaricində Pezeşkianın prezident seçilməsinə ehtimal vermək olar?

İranın daxili siyasətində baş verən prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Məqsəd İranda çoxluq təşkil edən ən önəmli qruplardan biri olan türkləri və digər etnik qrupları sakitləşdirmək, onların etirazlarını azaltmaq, sosial-iqtisadi islahat adı altında hazırki rejimin ömrünü uzatmaqdır, deyə düşünürəm”.

Seçkilərin qalibi olmuş prezident Pezeşkianın əsas təbliğatı Hz.Əlinin adına istinad edilən “Nəhcul Bəlağa” adlı kitab üzərində qurulduğunu vurğulayan ekspert Polqion-a açıqlamasında qeyd edib ki, adı çəkilən kitab seçicilər arasında paylanmış və Pezeşkianın məhz bu kitabdaki qanun və qaydaları tətbiq edəcəyi vədi verilib:

“Bir seçkiləri ki, onun namizədlərini, namizədin kimlər ola bilməsini Ali dini liderin tabeçiliyində olan İran Konstitusiyasının Keşikçiləri Şurası müəyyən edirsə, oradan hər hansı bir ciddi dəyişiklik gözləmək sadəlövlük olar. Həmin Şuranın təqdir etdiyi demək olar ki, bütün namizədlər İran dini təşkilatları ilə sıx əlaqəsi olan adamlardır.

Eyni zamanda həmin Şuranın qərarlarına müdaxilə edə biləcək yeganə ali güc də məhz Ali dini lider Xameneyidir. Xameneyi qanun ilə İran Konstitusiyasının Keşikçiləri Şurasının qərarlarını dəyişmək hüququna malikdir.

Yadımıza salaq, bir neçə ay öncə eks prezident Əhmədi Nejat da namizəd olmaq istəyirdi, lakin onun namizəd olmasını məhz həmin Şura təsdiqləmədi. Eynən Məsud Pezeşkianın özü də bundan öncəki seçkilərdə namizdə olmaq istəmişdi, lakin onun da namizədliyi qeydə alınmamışdılar.

Kamran Məmmədli: “Şuranın təqdir etdiyi demək olar ki, bütün namizədlər İran dini təşkilatları ilə sıx əlaqəsi olan adamlardır”.

Bütün bunlar bizə onu deməyə əsas verir ki, İranda hər şeyi hətta prezirenti belə seçən və yaxud seçdirən Ali dini lider və onun ordusu SEPAH-dır. Hətta, bu seçkilərin qalibi olmuş prezident Pezeşkianın əsas təbliğatı Hz.Əlinin adına istinad edilən “Nəhcul Bəlağa” adlı kitab üzərində qurulmuşdu. Adı çəkilən kitab seçicilər arasında paylanmış və Pezeşkianın məhz bu kitabdaki qanun və qaydaları tətbiq edəcəyi vədi verilib.

Dolayısı ilə bu o anlama gəlir ki, yeni seçilmiş türk prezident dini liderin xeyir duasını alıb. Bu baxımdan, yeni seçilən Türk prezidentinin qlobal nəsə dəyişikliklər edəcəyini düşünmək sadəlövlük olar. Həmin prezident uzağı müəyyən sosial iqtisadi məsələlərdə, insanların rifahının artırılması yönündə, müəyyən xarici əlaqələrdə yumşalma siyasətini aparmaqla yadda qala bilər ki, o da, Xameneyinin tapşırığı və yaxud bilgisi çərçivəsində olacaq.

Bu siyasət həm daxildə, həm də xaricdə rejimə qarşı yönəlik etirazları yumşaldaraq məhz həmin rejimə xidmət edəcək. Məqsəd İranda çoxluq təşkil edən ən önəmli qruplardan biri olan türkləri və digər etnik qrupları sakitləşdirmək, onların etirazlarını azaltmaq, sosial-iqtisadi islahat adı altında hazırki rejimin ömrünü uzatmaqdır, deyə düşünürəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar