Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden: Yeni raket zərbələri Rusiyanın dəhşətli qəddarlığından xəbər verir...

ABŞ prezidenti Co Bayden bazar ertəsi Rusiyanın Ukraynaya, o cümlədən Kiyevdəki uşaq xəstəxanasına raket hücumlarını Rusiyanın dəhşətli qəddarlığının ifadəsi olaraq dəyərləndirib...

Poliqon “Amerikanın səsi” radiostansiyasına istinadən xəbər verir ki, ABŞ prezidenti Rusiyanın bu hücumlarını qəddarlığın nümunəsi kimi təqdim edib.

Rusiyanın bu gün onlarla dinc sakinin ölümünə səbəb olan və Kiyevin ən böyük uşaq xəstəxanasında tələfat və dağıntılara səbəb olan raket zərbələri Rusiyanın qəddarlığının dəhşətli ifadəsidir”, deyə Baydenin bəyanatında bildirilir.


Bayden öz bəyanatında əlavə edib ki, Vaşinqton və onun NATO müttəfiqləri bu həftə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün yeni tədbirlər elan edəcəklər.

“Dünyanın bu mühüm məqamda Ukraynanı dəstəkləməkdə davam etməlidir. Rusiyanın təcavüzünə məhəl qoymamağımız böhranı daha da böyüdəcək”, deyə ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bazar ertəsi günortadan sonra Rusiya Kiyevdəki uşaq xəstəxanasına raket zərbəsi endirib. Həmçinin Ukraynanın digər şəhərləri də raket zərbələrinə məruz qalıb.

Son ayların ən ölümcül hava hücumu dalğası ən azı 41 mülki şəxsin ölümünə səbəb olub. Kiyevdəki uşaq xəstəxanasında da dağıntıların altından uşaqların cəsədi çıxarlıb.

Bununla bağlı Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi-sənaye kompleksi obyektlərinə və hava bazalarına hücumlar təşkil etdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ən çox oxunanalar