Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Rusiya ilə razılaşmaya görə raket istehsalını əhəmiyyətli dərəcədə artırıb

İran iki əsas ballistik raket istehsalı obyektini genişləndirib. Bu, Tehranın bu raketləri Rusiyaya tədarük etməyə razı olduğu iddia edilən 2022-ci ilin oktyabr razılaşmasından sonra baş verib...

Poliqon xəbər verir ki, Reuters agentliyinin peyk fotolarını təhlil edən iki amerikalı tədqiqatçıya, eləcə də adı açıqlanmayan üç İran rəsmisinə istinadən verdiyi məlumata görə, ölkənin raket arsenalı artıq Yaxın Şərqdə ən böyüyüdür. Onun 3000-dən çox raket olduğu təxmin edilir.

Mart ayında Modarres hərbi bazasının və apreldə Xocira sənaye kompleksinin Planet Labs peyk şəkilləri 30-dan çox yeni strukturu göstərir.

Xüsusən də bir çox tikililər iri torpaq qalalarla əhatə olunub. Middleburi Beynəlxalq Araşdırmalar İnstitutundan Cefri Lyuisin sözlərinə görə, bu, bir binada baş verən partlayışın qonşu strukturlarda partlayışa səbəb olmaması üçün edilib. Lyuis qeyd edib ki, genişlənmə ötən ilin avqustunda Xocirada, oktyabrda isə Modarresdə başlayıb.

Anonimlik şərti ilə üç İran rəsmisi ballistik raketlərin istehsalını artırmaq üçün obyektlərin genişləndirildiyini təsdiqləyib. Yeni binaların bəziləri PUA istehsalını da iki dəfə artıracaq.

İran rəsmilərindən biri Rusiya Federasiyasına pilotsuz təyyarələr və raketlərin, husilərə pilotsuz təyyarələrin, Livan Hizbullahına isə müəyyən sayda raketlərin göndəriləcəyini açıqlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl bəyan etmişdi ki, İran Rusiyanı açıq şəkildə təkcə pilotsuz təyyarələrlə deyil, həm də raketlərlə təmin edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay