Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nicat Lənkəranskini öldürməyə cəhd edənlər apellyasiya şikayəti veriblər

Bakıda "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər...

Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən biri olan Vüqar Quliyevin vəkili Hikmət Əliyev məlumat verib.

Belə ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Quliyevin barəsində bəraət hökmünün çıxarılması istənilib.

İş Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər məhkəməsində verilən hökmə əsasən, təqsirləndirilən şəxslər - Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay və Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar.

Nicat Lənkəranskinin atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar.

Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş, Nicat Əkbərov kriminal aləmdə "Nicat Lənkəranski" adı tanınır. Onun kriminal avtoritet mərhum Rövşən Canıyevə (Lənkəranski) bağlı olduğu bildirilir.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar