Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda enerji böhranı - ABŞ yaxın müddətdə Ermənistanda AES tikə bilər?

Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismini ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməklə keçirib...

İqtisadçı-ekspert: “ABŞ Ermənistana belə bir dəstək göstərmək istəsə belə, bu illər çəkən bir məsələdir”.

Ermənistanın elektrik şəbəkəsi Rusiyanın tabeçiliyindədir. Buna görə də, ABŞ Ermənistanda atom elektrik stansiyalarını istismara verəndən sonra hansı formada ondan istifadə edə biləcəyi də sual altına düşür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Ermənistanın ərazisində ABŞ-ın atom elektrik stansiyasının tikmək iddialarını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismini ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməklə keçirib. Digər tərəfdən, artıq bəzi ekspertlər həyacan təbili çalaraq Ermənistanın bir neçə ildən sonra enerji böhranı yaşayacağını bildirirlər.

ABŞ yaxın müddətdə Rusiyaya tabe olan AES-in əvəzinə Ermənistan ərazisində modul Atom Elektrik Stansiyası tikə bilərmi və bu baş verməzsə, İrəvanın enerji böhranını hansısa yollarla həll etmək imkanı var?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Enerji təhlükəsizliyi məsələsində Ermənistanın ən vacib addımı Azərbaycanla sülh müqaviləsinin gecikdirmədən bağlanması və Azərbaycandan bundan sonra həm təbii qaz, həm elektrik enerjisi ala bilməsidir”.

Bir atom elektrik stansiyasının təhlükəsizlik konsepsiyasına uyğun olaraq tikilməsinə, istismara verilməsinə illərin lazım olduğunu nəzərə çatdıran ekspert Poliqon-a bildirib ki, Ermənistanın tez bir zamanda yeni AES inşa etməsi sual altındadır:

“Əvvəla qeyd edim ki, atom elektrik stansiyalarını tikib, istismara vermək elə də asan deyil. Bu çox böyük zaman tələb edir. Hətta, ABŞ Ermənistana belə bir dəstək göstərmək istəsə belə, bu illərlı çəkən bir məsələdir.

Bundan başqa, Ermənistanın elektrik şəbəkəsi Rusiyanın tabeçiliyindədir. Yəni Ermənistanın elektrik şəbəkəsi Rusiyanın şirkətlərinə bağlıdır. Onların yüz faiz səhimləri Rusiya şirkətlərindədir. Buna görə də, ABŞ Ermənistanda atom elektrik stansiyalarını istismara verəndən sonra hansı formada ondan istifadə edə biləcəyi sual altına düşür. Çünki texniki və iqtisadi olaraq bunun reallaşması çox çətindir.

Natiq Cəfərli: “Ermənistanın elektrik şəbəkəsi Rusiyanın şirkətlərinə bağlıdır. Onların yüz faiz səhimləri Rusiya şirkətlərindədir”.

Əsas məsələ isə zaman məsələsidir. Bir atom elektrik stansiyasının təhlükəsizlik konsepsiyasına uyğun olaraq tikilməsi, istismara verilməsinə illər lazımdır. Buna görə də, Ermənistanın tez bir zamanda yeni AES inşa etməsi sual altındadır da sual altındadır. Hətta, reallaşsa belə, tez bir zamanda reallaşması demək olar mümkün deyil.

Buna görə də, enerji təhlükəsizliyi məsələsində Ermənistanın ən vacib addımı Azərbaycanla sülh müqaviləsinin gecikdirmədən bağlanması və Azərbaycandan bundan sonra həm təbii qaz, həm elektrik enerjisi ala bilməsidir. Bu Ermənistan üçün daha yaxşı çıxış yoludur”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay