Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin” başlanması kimi təqdim edilməsi yanlışdır...

Azərbaycan Türkünün İran prezidenti seçilməsindən gözləntilər...

Zeynal Əmrəliyev: “Pezeşkianın hansısa siyasəti müəyyənləşdirmək, hansısa siyasətdə dəyişiklik etmək hüququ yoxdur”.

İranın Ali dini lideri Xameneyi yeni prezident seçilən Pezeşkianı qəbul edərkən də, ona faciəvi şəkildə vəfat edən İbrahim Rəisinin yolundan dönməməyi tapşırıb”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev İranda Azərbaycan türkünün Prezident seçilməsinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycan Türkünün İran prezidenti seçilməsindən gözləntilər nədir? Ankara- Bakı-Tehran xəttində istiləşmə ola bilərmi? Eyni zamanda, Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin” başlanması kimi təqdim etmək nə qədər doğrudur?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Sadəcə olaraq, Pezeşkian türkdür və türklərlə bağlı olan fikirlərindən seçki kampaniyasında maksimum şəkildə istifadə etdi”.

Pezeşkianın uzun müddət İrandakı hazırkı sistemə xidmət edən şəxs olduğunu xatırladan politoloq vurğulayıb ki, buna görə də, onun hansısa radikal addımlar atacağını gözləmirəm:

İranda prezidentin bir o qədər səlahiyyəti yoxdur. Yəni, İran qanunlarına görə, orada prezident sadəcə olaraq icra başçısıdır, iş icra edəndir. İranda hökümətin başçısı əsasən Ali Dini Liderdir və Ali Dini Liderin müəyyənləşdirdiyi siyasəti prezident icra etməklə məşğuldur.

Belə olan halda, Pezeşkianın hansısa siyasəti müəyyənləşdirmək, hansısa siyasətdə dəyişiklik etmək hüququ yoxdur. İranın Ali Dini Lideri Xameneyi yeni prezident seçilən Pezeşkianı qəbul edərkən də, ona faciəvi şəkildə vəfat edən İbrahim Rəisinin yolundan dönməməyi tapşırıb. Bildirdi ki, Pezeşkian həmin xarici siyasəti davam etdirməlidir. Buradan da görünür ki, İranın xarici siyasətində dəyişən çox şey olmayacaq. Sadəcə olaraq, Pezeşkian türkdür və türklərlə bağlı olan fikirlərindən seçki kampaniyasında maksimum şəkildə istifadə etdi.

Zeynal Əmrəliyev: “Azərbaycanla İran arasında əvvəlki dövrlərlə olduğu kimi gərginlik olmayacaq”.

Ola bilər ki, Pezeşkianın dövründə Azərbaycanla-İran arasında yaxınlaşma olsun. Onu demək olar ki, Azərbaycanla İran arasında əvvəlki dövrlərlə olduğu kimi gərginlik olmayacaq. Bunun fonunda da Tehran-İrəvan arasında çox da soyuqluğun olacağını düşünmürəm.

Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin” başlanması kimi təqdim edilməsi yanlışdır. Çünki Pezeşkia uzun müddət İrandakı hazırkı sistemə xidmət edən şəxsdir. Buna görə də, onun hansısa radikal addımlar atacağını gözləmirəm”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Azərbaycan Premyer Liqası: Bu gün IX tura yekun vurulacaq

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Ən çox oxunanalar