Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan prezidenti ABŞ və Aİ-nin sanksiyalarına görə hakimiyyəti tənqid edib

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə hakimiyyətini ABŞ və Avropa İttifaqının (Aİ) sanksiyalarına səbəb olan düşmənçilik və düşünülməmiş siyasətdə ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.

"ABŞ-ın təlimlərinin ləğvi müdafiə qüvvələri üçün 30 milyon avronun dondurulması ilə müşayiət olundu", deyə prezident qeyd edib.

Onun fikrincə, bu, hakim Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının onlara qarşı düşünülmüş və düşmənçilik siyasətinə cavabdır.

Bir neçə saat əvvəl Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, assosiasiya "xarici agentlər haqqında" qanuna görə ölkənin Müdafiə Nazirliyi üçün ayrılmış 30 milyon avronu dondurub. Aİ Gürcüstanın inteqrasiya prosesini də dayandırıb.

Mayın 14-də Gürcüstan parlamenti "xarici agentlər haqqında" qanunu yekun, üçüncü oxunuşda qəbul edib. 84 deputat onun lehinə, 30 deputat əleyhinə səs verib, daha 58 deputat bitərəf qalıb. Ölkə prezidenti buna veto qoyub və onu konstitusiyaya və Avropa standartlarına zidd olan "Rusiya qanunu" adlandırıb. Aİ və ABŞ-ın qanunu kəskin tənqid etməsinə baxmayaraq, Gürcüstan parlamenti prezidentin vetosunu aşıb və nəhayət, qanun qəbul edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

ABŞ mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar Şuşada gəzib, Gövhər ağa məscidində olublar

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar