Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pezeşkian verdiyi vədlərini yerinə yetirə biləcəkmi?

İranın yeni prezidenti seçki kampaniyası zamanı bir sıra gurultulu vədlər verib...

Politoloq: “Biz İranın hansı bölgələrindən Pezeşkiana səs verildiyini nəzərdən keçirsək, deyə bilərik ki, daha çox etnik, milli tərkibli bölgələr Pezeşkiana etimad göstərdi”.

İran dövlətində hər şey Ali Dini Liderin siyasi göstərişlərinə tabedir. İranın Ali Dini Lideri hansı geosiyasi vektor üzərində dövlətin xarici siyasətini quracaqsa, ona uyğun da addımlar atılacaq”.

Bu sözləri politoloq İlyas Hüseynov İranın yeni prezidentinin seçki öncəsi verdiyi vədləri Poliqon-a şərh edərkən qeyd edib.

İranın yeni prezidenti Məsud Pezeşkian seçki kampaniyası zamanı bir sıra gurultulu vədlər verib. Onların arasında hicabın sərbəst olması, milli azlıqlara öz dillərində məktəblərin açılmaı da var. Eyni zamanda, Pezeşkian azərbaycanlıların üzləşdiyi problemlərdən danışıb, Tehranın Azərbaycan və Türkiyə xarici siyasətinin dəyişdirilməsi vacibliyini vurğulayıb.

Bəs, Pezeşkian bu vədlərini yerinə yetirə biləcəkmi?

İranın bundan sonrakı siyasətini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Ümid edirəm ki, yeni dövrdə Bakı və Tehran arasında münasibətlər öz strateji əhəmiyyəti ilə seçiləcək”.

Yeni dövrdə Türkiyə və Azərbaycan ilə İranın münasibətlərinin daha da yaxşılaşacağına ümidli olan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bunun üçün qarşlıqlı imkanlar var:

İranda növbədənkənar prezident seçkiləri azərbaycanlı Məsud Pezeşkianın qələbəsi ilə başa çatdı. Pezeşkianın seçki dövründə verdiyi vədlər elektrata təsir etdi və nəticədə Pezeşkian İran prezidenti seçildi.

Şübhəsiz ki, biz İranın hansı bölgələrindən Pezeşkiana səs verildiyini nəzərdən keçirsək, deyə bilərik ki, daha çox etnik, milli tərkibli bölgələr Pezeşkiana etimad göstərdi. Bu, onun Azərbaycan və kürd dillərində danışması ilə bağlıdırr. Eyni zamanda, Pezeşkian fars dilini də yaxşı bilir və müxtəlif vəzifələrdə çalışıb.

Lakin İran dövlətində hər şey Ali Dini Liderin siyasi göstərişlərinə tabedir. İranın Ali Dini Lideri hansı geosiyasi vektor üzərində dövlətin xarici siyasətini quracaqsa, ona uyğun da addımlar atılacaq. Amma arzularımız bundan ibarətdir ki, yeni dövrdə Türkiyə və Azərbaycan ilə İranın münasibətləri daha da yaxşılaşacaq. Buna inam var.

İlyas Hüseynov: “Mən inanmıram ki, Peşeçkian fars şovinizminin yaratdığı bu maneəni aşa bilsin. Ola bilsin ki, bir neçə etnik təhsil ocağı açılsın. Lakin bunun kütləvi olacağı az inandırıcıdır”.

Onu da qeyd edim ki, cənab Prezident İlham Əliyevİranın yeni prezidentinə təbrik məktubu ünvanlayıb. Əldə olunan mühüm razılaşmaların davam etdirilməsi arzuolunandır. Ümid edirəm ki, yeni dövrdə Bakı və Tehran arasında münasibətlər öz strateji əhəmiyyəti ilə seçiləcək.

Etnik dillərdə məktəblərə gəlincə, bu tələb İranın konstitutsiyasında yer alıb. Lakin bilirik ki, fars kimliyinin İran kimliyi ilə eyniləşdirilməsi bu ölkədə etniklərin öz dillərində təhsil almalarına əsas maneə olaraq görünür. Mən inanmıram ki, Peşeçkian fars şovinizminin yaratdığı bu maneəni aşa bilsin. Ola bilsin ki, bir neçə etnik təhsil ocağı açılsın. Lakin bunun kütləvi olacağı az inandırıcıdır”.

Nərminə UMUDLU
Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Mayis Bərxudarov vəzifəsindən azad edildi və dərəncama göndərildi

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay