ABŞ-ın hazırkı hakimiyyəti prezident seçkilərində səs verə bilmələri üçün mümkün qədər çox qeyri-qanuni miqrantı ölkəyə buraxmağı planlaşdırır...
Poliqon xəbər verir ki, bu fikri X sosial şəbəkəsində amerikalı sahibkar İlon Mask bildirib.
Demokratlar Partiyasının qeyri-qanuni mühacirləri seçiciyə çevirmək istədiyini deyən ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun yazısına cavab olaraq Mask yazıb: "Bütün məqsəd mümkün qədər çox qeyri-qanuni immiqrantın səs verməsinə nail olmaqdır".
Bir gün əvvəl Ağ Ev rəhbəri Co Bayden demişdi ki, o, özünü Demokratlar Partiyasından prezidentliyə ən yaxşı namizəd hesab edir və sponsorlarının və öz partiyasının təzyiqlərinə baxmayaraq, heç yerə getməyə hazırlaşmır.
İyulun 5-də bir qrup nüfuzlu donor ABŞ-ın hazırkı prezidentini "millətin gələcəyi naminə" prezidentlik yarışından imtina etməyə çağırıb.
ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.
Poliqon.info