Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Çindən husiləri dayandırmaq üçün kömək istəyib, amma Pekin Tehrana təsir etməyib...

ABŞ husilərdən Qırmızı dənizdə ticarət gəmilərini atəşə tutmağı dayandırmağı tələb etmək üçün Çindən İrana təsir göstərməsini istəyib, lakin Pekindən kömək gəlməyib...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti amerikalı rəsmilərə istinadən yazıb.

Qəzetin yazdığına görə, son üç ayda Vaşinqton dəfələrlə yüksək çinli məmurlardan Yəmən husilərinə təsir etmək istəyi və Yaxın Şərqdə gərginliyin yolverilməzliyi ilə bağlı İrana xəbərdarlıq etməyi xahiş edib.

FT-nın məlumatına görə, xüsusilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, onun müavini Conatan Fayner və dövlət katibi Entoni Blinken bu məsələni Çin tərəfi ilə müzakirə ediblər.

Bununla belə, Vaşinqton rəsmiləri Pekinin Qırmızı dənizdə təhlükəsizliyə çağırış bəyanatından başqa, Çinin onların xahişi ilə İrana təsir göstərməyə çalışdığına dair heç bir dəlil görməyiblər.

Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başlayıblar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.

Husilər deyirlər ki, onlar yalnız İsrail limanlarına üz tutan və ya sahiblərinin İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar. Lakin onların hərəkətləri beynəlxalq daşımalara mane olmağa başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Ən çox oxunanalar