Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaddaşınızı inkişaf etdirməyin ən asan yolu

Tələbəlik illərindən bəri yaddaşımızı inkişaf etdirmək və informasiyanı daha uzun müddət saxlamaq üçün bir çox fərqli üsullar eşitmişik

Bəzilərimiz bu üsullardan istifadə edib və nəticələri heç də istədikləri kimi olmayıb. Əslində isə, ehtiyacımız olan tək şey bir müddət heç bir iş görməməkdir. İlk eşitdiyinizdə mənasız görünən bu üsul ancaq tələbələr üçün deyil, hətta Altsheymer xəstələri üçün də təsirlidir.

Aparılan araşdırmalar yeni bir informasiya öyrəndikdən sonra səy göstərmək yerinə bir kənarda oturub 10-15 dəqiqə dincəlməyin və xüsusi bir şey düşünməməyin öyrənmə prosesinə təsirini aşkarlayıb. Dincəlmə əsnasında telefona baxmaq, e-mailləri yoxlamaq, internetdə vaxt keçirtmək kimi fəaliyyətlərlə beyni məşğul etmədən dincəlməyin yaddaşı inkişaf etdirdiyi təcrübələrlə təsdiqlənib.

Mövzu ilə əlaqədar ilk tədqiqatlar 1900-cü illərdə aparıldı və 2 qrupa mənasız kəlimələrdən ibarət bir siyahı verildi. Birinci qrupa bir müddət dincəldikdən sonra əzbərləmələri üçün yeni bir siyahı verilərkən, ikinci qrupa altı dəqiqəlik bir müddətdən sonra dincəlməyə imkan vermədən yeni siyahı verilmişdir. Bir saat yarım sonra test edildiyində, dincələn qrup ilk siyahıdakı kəlimələrin 50%-ni xatırlayarkən, dincəlməyənlərin isə 28%-nin xatırladığı aşkar edilmişdir.

Yaddaşın formalaşması

Yeni bir informasiya öyrəndikdən sonra beynin bu informasiyanı qəbul etməsi və uzun müddətli yaddaşa ötürməsi lazımdır. Əvvəllər bunun yuxu müddətində olduğu zənn edilirdi. Ancaq, aparılan araşdırmalarla qəbul etmənin ancaq yuxuda deyil, oyaq ikən dinlənmə anında da olduğu aşkar edildi.

Yeni bir informasiyanı aldıqdan sonra yaddaş daha həssas vəziyyətə gəlir və yeni bir şey öyrənməyə cəhd etmək informasiyanın yadda qalmasına mənfi təsir edər. Bunun yerinə diqqət dağıdan bir ünsürün olmadığı və mümkün olduqca səssiz, az işıqlı bir mühitdə dincəldiyinizdə yaddaşınızın inkişaf etdiyinin şahidi olacaqsınız. Heç bir şey etmədən tətbiq edə biləcəyiniz bu texnika ilə həm beyninizi, həm də bədəninizi dincəldərək inkişaf etdirə bilərsiniz.

Bununla bərabər dincələrək öyrənmək, unudulmaqda olan informasiyanın formalaşmasına imkan verərkən öyrəndiyiniz bir mövzunu özünüzə danışmaqla da mövzunun yadda qalmasında daha çox təsirli olacaqdır. (milli.az)

pia.az


Etiket: Yaddaş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Qarabağ" böyükhesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib - Yenilənib

Bakıda dəhşət: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Ağ Partiyasının sədri Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb

Əri tərəfindən binadan atılan Ayşənin görüntülərini yayan "Xaqocan" həbs

Ərdoğan: LGBT zülmünə qarşı müqavimət göstərmək hər kəsin qarşısında ali vəzifədir

Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu

“Linkoln”un baş məşqçisi: “Qarabağ” çox güclü idi

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Ən çox oxunanalar