Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST dünyada hər altı nəfərdən birində rast gəlinən xəstəlik barədə açıqlama yayıb

“Dünyada təxminən hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının bəyanatından məlum olur.

Bildirilir ki, bu, dünyanın bütün ölkələrində bütün sosial qruplara təsir göstərir. Təşkilatın baş direktoru bildirib ki, zəngin ölkələrdə böyüklərin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qoyula bilər.

Qeyd edək ki, ÜST sonsuzluğu “kişi və ya qadın reproduktiv sisteminin xəstəliyi, 12 və ya daha çox aylıq müntəzəm qorunmayan cinsi əlaqədən sonra hamiləliyin əldə oluna bilməməsi” kimi təyin edir.

Hesabatda problemə xüsusi münasibət və bu əsasda ayrı-seçkiliyə son qoyulmasının vacibliyi vurğulanır. Bəyanatda deyilir ki, sonsuzluq milyonlarla insana təsir etsə də, mövzu hələ də yaxşı öyrənilməyib, həll yolları isə yüksək xərclər, sosial stiqma və digər məhdudiyyətlər səbəbindən bir çox insanlar üçün əlçatmaz olaraq qalır.

Belə vəziyyətdə olan cütlük çoxlu sosial təzyiqlə üzləşə bildiyi üçün insanlar tez-tez narahatlıq və depressiyadan əziyyət çəkirlər. Bəzi ölkələrdə isə bir və ya iki tərəfdaşın sonsuzluğu ilə bağlı məişət zorakılığı riskləri yüksəkdir.

ÜST ölkələri süni mayalandırma da daxil olmaqla sonsuzluğun qarşısının alınması, diaqnostikası və müalicəsi üçün daha əlverişli həllər hazırlamağa çağırır.

Poliqon.info


Etiket: ÜST sonsuzluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

Bakıda avtobusun 19-dan çox maşını əzdiyi qəzada xəsarət alanların durumu açıqlandı - Yenilənib

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Kral Abdulalhın mesajı İran prezidentinə çatdırlılb

Ümumdünya Boks Təşkilatı: 2022-ci ildə gender testi boksçu Xelifin kişi olduğunu göstərib

Prezident “Cavanşir” körpüsünün yerində inşa olunmuş yeni avtomobil yolunun açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay