Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin İstanbul Konvensiyasından ayrılması ilə bağlı açıqlama 

Türkiyənin İstanbul Konvensiyasından ayrılması ölkədəki bəzi qruplar tərəfindən etirazla qarşılanıb, bəzi xarici dövlətlər də Türkiyəyə qarşı müxtəlif iddialar səsləndirib.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.

Açıqlamada Türkiyənin İstanbul Konvensiyasından ayrılmasına səbəb kimi homoseksuallığı təbliğ edən qrupların Konvensiyanı manipulyasiya etməsi göstərilib.

Həmçinin qeyd edilib ki, Konvensiyadan ayrılma Türkiyənin qadına qarşı şiddətlə mübarizəsini yavaşlatmayacaq və ailədaxili şiddətlə mübarizədən əsla geri addım atmayacaq:

“Bildiyimiz kimi, Türkiyə qadının cəmiyyətdəki statusunu qoruma və qadına qarşı şiddətlə mübarizə məsələsinə güclü bağlılığını göstərərək İstanbul Konvensiyasını ilk imzalayan ölkələrdən olmuşdu.

Qadın haqlarının gücləndirilməsi məqsədi daşıyan İstanbul Konvensiyası Türkiyənin ictimai və ailə dəyərləri ilə üst-üstə düşməyən homoseksuallığı normallaşdırmağa çalışan bir qrup tərəfindən manipulyasiya edilmişdir. Türkiyənin konvensiyadan ayrılma qərarı almasının səbəbi də bu manipulyasiyalardan qaynaqlanır.

İstanbul Konvensiyasi ilə bağlı ciddi narahatlığı olan tək ölkə Türkiyə deyil. Avropa İttifaqının 6 üzvü (Bolqarıstan Macarıstan, Çexiya, Latviya, Litva və Slovakiya) İstanbul Konvensiyasını qəbul etməyib. Polşa da homoseksual qrupların ictimai cinsiyyət haqqındakı fikirlərini bütün cəmiyyətə aşılama cəhdlərini səbəb göstərərək konvensiyadan ayrılmaq üçün addımlar atıb.

İstanbul Konvensiyasından ayrılmaq qərarı heç bir şəkildə Türkiyə Cümhuriyyətinin “qadınları qorumaqdan geri addım atdığı” anlamına gəlmir. Türkiyə anlaşmadan çəkilsə də, ailədaxili şiddətlə mübarizədən əsla geri addım atmayacaqdır.

Türkiyənin İstanbul Konvensiyasından çəkilməsinin prezident Ərdoğan hökumətinin tərtib etdiyi, dəstəklədiyi və həyata keçirdiyi qanun da daxil olmaqla qadına qarşı şiddətlə mübarizə kartının, təsirli və həqiqi tədbirlərin həyata keçirilməsi üzərində heç bir təsirinin olmayacağı unudulmamalıdır.

Türkiyə mart ayının əvvəlində açıqlanan İnsan Hüquqları Fəaliyyət Planı çərçivəsində ailədaxili siddət və qadına qarşı şiddətə qarşı mövcud tədbirlərin təsirini artırmaq üçün əlavə addımlar atacaq”.(SIA)

pia.az 


Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Ən çox oxunanalar