Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şoltsun "Taurus" raketlərini Kiyevə verməkdən imtinasının səbəbi - Rusiya qorxusu...

Almaniya kansleri Olaf Şolts Rusiya ilə qarşıdurmadan qorxduğu üçün Ukraynaya uzaqmənzilli "Taurus" raketlərinin göndərilməsinin əleyhinədir...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazıb.

"Almaniya kanslerinin bu qərarı Rusiyadan qarşı köklü qorxu və sülh kansleri kimi görünmək arzusundan qaynaqlanır", deyə nəşr qeyd edib.

Qəzetin yazdığına görə, Şoltsun ideyası ondan ibarətdir ki, Ukraynanı "Taurus" qanadlı raketləri kimi silahlarla təmin etmək Rusiya prezidenti Vladimir Putini qəzəbləndirəcək və Almaniyadan qisas alacaq.

Nəşr vurğulayır ki, Almaniyada hələ də Rusiyanı təxribat etmək qorxusu var. Çünki Rusiyanın işğalı nəticəsində travma almamış alman ailəsini tapmaq çətindir.

"Bu tendensiyaları və almanların Rusiyanı təhrik etmək qorxusunu başa düşmək üçün 20-ci əsr Almaniyasının tarixinə nəzər salmaq faydalıdır", deyə qəzet qeyd edib.

Qeyd edək ki, Ukrayna 2023-cü ilin mayında "Taurus" traketləri ədarük tələbi ilə Almaniyaya müraciət edib. Almaniya kansleri Olaf Şolts münaqişənin gərginləşməsindən qorxduğu üçün davamlı olaraq uzaqmənzilli raketlərin tədarükünə qarşı çıxıb. Fevralın 29-da Şolts tədarüklərdən imtina etməsini bununla izah edib ki, 500 km məsafəyə malik "Taurus"dan səhv istifadə olunarsa, Moskvanın bir yerində müəyyən hədəfə çata bilər.

Martın 1-də RT kanalının baş redaktoru Marqarita Simonyan yüksək rütbəli Bundesver zabitləri arasında fevralın 19-da baş vermiş söhbətin audio yazısını dərc edib. Zabitlərin söhbətinin ələ keçirilən səs yazısında şərqdəki körpüyə hücum etmək üçün raketlərdən istifadə edilməsindən bəhs edilir. Söhbətin kontekstindən və təfərrüatlarından belə çıxır ki, söhbət Krım körpüsündən gedir.

Daha sonra Almaniya Müdafiə Nazirliyi hərbi söhbətin dinlənildiyini təsdiqləyib. Martın 2-də Almaniya mətbuatı, o cümlədən Der Spiegel, Bild, Welt səs yazısının həqiqiliyi barədə məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay