Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Baltikyanı ölkələrin konsulluqlarını bağlayır

Latviya səfiri M. Riekstins, Estoniya səfiri M. Laidre və Litvanın müvəqqəti işlər vəkili V. Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

PİA.az xəbər verir k, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Rusiyanın Klaypeda, Liepaja, Dauqavpils, Narvadakı baş konsulluqlarının və Rusiyanın Estoniyadakı (Tartu) səfirliyinin Konsulluq şöbəsinin ofisinin bağlanması ilə bağlı qeyri-dost hərəkətləri ilə əlaqədar diplomatik nümayəndəliklərin rəhbərlərinə kəskin etiraz edilib”, - bildirilib.

Rusiya XİN-in məlumatında vurğulanıb ki, qarşılıqlılıq prinsipi əsasında, həmçinin bu ölkələrin Ukraynaya dəstəyinə görə XİN Latviyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı Konsulluğunun, Estoniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun və Pskovdakı ofisinin, Litvanın Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyəti ilə bağlı razılığı geri götürür: “Adıçəkilən Estoniya və Latviya konsulluqların rəhbərləri və digər vəzifəli şəxslər “persona non qrata” elan edilir, konsulluq işçiləri və adları çəkilən qurumların Rusiya Federasiyasının vətəndaşı olmayan inzibati-texniki heyəti ölkədə qəbul edilmir”.

Rusiya XİN bəyan edib ki, bu şəxslər Rusiya konsulluqlarının əməkdaşlarının bu ölkələrdən getməsi üçün nəzərdə tutulmuş müddət ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay