Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

İranın Ali Rəhbəri Əli Xamenei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib...

“Report” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.“İranın Ali Rəhbəri ayətullah Əli Xamenei Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İrana İsrailə birbaşa zərbələr endirmək əmri verib”, – qəzet əmr barədə məlumatlı üç İran rəsmisinə istinadən bildirib.

Məlumata görə, Xamenei əmri İranın Haniyənin öldürüldüyünü elan etməsindən qısa müddət sonra çərşənbə günü səhər İran Ali Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında verib. İkisi “Sepah” üzvü olmaqla məlumatı qəzetə ötürən şəxslər “ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmadığı üçün adlarının açıqlanmamasını istəyiblər”.

Xatırladaq ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də (Bakı vaxtı ilə avqustun 1-də) fövqəladə iclas keçirəcək.

İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Röyanın keçmiş əri tanınmaz hala düşüb... - Video

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay