Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Priqojinin gürzlə qətlə yetirtdiyi dustaq - “Putinin aşpazı” xəyanətləri bağışlamır…

Ukrayna tərəfində vuruşmaq istədiyini deyərək əsir düşən “Vaqner” qrupunun üzvü, keçmiş dustaq Yevgeni Nujenin gürzələ qətlə yetirilməsi görüntüləri sosial şəbəkələrdə yayılıb…

PİA.az xəbər verir ki, “Vaqner” qrupu döyüşçülərinin dəhşətli qətl həyata keçirmələri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar gürz zərbələri ilə Ukrayna əsirliyinədən gətirilən keçmiş dustaq Yevgeni Nujenin başını əzirlər. Görüntülər istər Rusiyada, istər Ukraynada, istərsə də Avropa və digər sosial şəbəkə seqmentlərində şok effekti yaradıb.

Qeyd edək ki, Yevgeni Nujenin qətlinin “Vaqner” qrupu tərəfindən həyata keçirilməsi şübhə doğurmur. Çünki “Vaqner” qrupunun Suriyada da satqınları bu şəkildə qətl etməsi barədə əvvəllər görüntülər yayımlanıb. Belə bir qətl məhz “Vaqner” qrupunun ənənələrində yer alır.

Qətlə yetirilən Yevgeni Nujen Ukraynaya əsir düşərkən qeyd etmişdi ki, o, məhz Ukraynaya əsir düşmək üçün Yevgeni Priqojinin dəvətini qəbul edərək “Vaqner” qrupuna qoşulub.

Xatıqladaq ki, Ukrayna müharibəsi başlayandan sonra “Vaqner” qrupunun yaradıcısı, milyarder və “Putinin aşpazı” olaraq tanınan Yevgeni Priqojin həbsxanaları gəzərək özəl hərbi xidmət olan “Vaqner” qrupuna könüllü döyüşçü toplayır. “Vaqner” qrupuna qoşulan dustqlar cəzalarının qalan hissəsindən azad olunur və onlar Ukraynaya müharibəyə yollanırlar. Dustaqların əfvi Rusiya prezidenti Vladimir Putin tərəfindən həyata keçirildiyi üçün Priqojinin bu fəaliyyəti də Putin tərəfindən birbaşa dəstəklənir.

Qeyd edək ki, Yevgeni Nujenin məhkəmədən kənar dəhşətli şəkildə qətl edilməsini “Vaqner” qrupunun rəhbəri Priqojin tərəfindən birbaşa təsdiq edilib. “Putinin aşpazı” qətlin güya Ukraynalılar tərəfindən həyata keçirildiyinə işarə edərək bildirib ki, bir nəfəsə baxılan bu filmin adı “İtə it ölümü” adlanır:

“Mən tarixə teatrda baxmağı üstünlük verirəm. Gürzlənən adamın şousuna gəlincə isə deməliyəm bu adam öz xöşbəxtliyini Ukraynada tapa bilməyib zalım, ancaq ədalətli adamlarla üzləşib. Mənə elə gəlir ki, gözəl rejissor işi olan və bir nəfəsə baxılan bu “İtə it ölümü” adlanır. Ümid edirəm ki, bu film çəkilirkən heç bir heyvana ziyan verilməyib”, deyə “Vaqner” qrupunun rəhbəri baş verən dəhşətli qətli ritorik şəkildə təsdiq edib.

“İnsanlar səhv edə bilər, onlar xoşagəlməz hərəkətlər edə bilərlər. Satqınlığın nə olduğu barədə də uzun-uzadı mübahisə eləmək olar. Ancaq ən yüksək səviyyədə olan satqınlıq, öz xalqını satmaqdır. Bu gün istəsək də, istəməsək də, bizim xalqımızın bir hissəsi müharibə meydanında, səngərdəir. Onlar bizim yaxınlarımızdır, atalarımız, qardaşlarımız, oğullarımızdır. Nujin öz xalqını, öz yoldaşlarını şüurlu şəkildə satıb. Əsir düşməyib və təslim olmayıb. O, öz qaçışını əvvəlcədən planlaşdırıb. Ona görə də Nujin satqındır”, deyə Priqojin J\Yevgeni Nujinin qətlinə haqq qazandırmağa çalışıb.

Qətllə bağlı Ukrayna mediası son əsir dəyişikliyində Yevgeni Nujenin adının olub-olmamsını araşdıracaqlarını bildirmişdi. Gulagu.net teleqram kanalının əldə etdiyi məlumata görə isə Ukraynanın bir neçə gün əvvəl Rusiyaya təhvil verdiyi əsirlər arasında Yevgeni Nujen də olub. Gulagu.net-in “Vaqner” qrupundan olan mənbəsi bildirib ki, Ukraynanın Rusiya ilə dəyişdiyi əsirlər arasında Yevgeni Nujen olub: “Ukraynalılar axır ki, onu dəyişməyə razılıq verdilər. Tək ona görə bizimkilər 20 əsiri Ukraynaya verdilər”, deyə “Vaqner” qrupundan olan mənbə deyib. İstisna olunmur ki, məhz Yevgeni Nujeni əldə etmək üçün əsir dəyişikliyinə gedib. Mənbə vurğulayıb ki, Yevgeni Nujeni vermədikləri təqdirdə əsir mübadiləsi baş tutmayacaqdı.

Noyabrın 11-də Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi olandan sonra Dövlət Dumasının sədrinin keçmiş müşaviri Anastasiya Kaşevarva dəyişdirilən əsirlərin arasında “Vaqner”çilərin də olduğunu bildirərək qeyd edib ki, “onlar əsir düşən üzvlərini üzə çıxarmırlar”.

Gulagu.net Ukrayna prezidenti Vladimir Zelenskidən baş verən qalmaqalı şərh etməyi tələb edib. Teleqram kanalının iddiasına görə Ukraynaya əsir düşən Yevgeni Nujeni hansı tale gözlədiyini Ukrayna tərəfi yaxşı bilib. Qeyd olunur ki, bu qətl Avropada qalmaqal yaradacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

İsrail MN-dən İran və "Hizbullah"a xəbərdarlıq: "Əvvəllər görünməmiş zərbə endirəcəyik"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay