Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın tərəfdarlarına təhdid mesajları: Sən hələ partlamamısan?..

Ermənistanın Baş naziri Nikol Paşinyanın müttəfiqlərinə hədə mesajı gəlib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edir ki, bu hadisə hakim "Vətəndaş Sazişi" Partiyasının ofisinin və eyni adlı fraksiya deputatlarından birinin evində partlayıcının qoyulmasından əvvəl baş verib.

Fevralın 26-da İstintaq Komitəsi "Vətəndaş Sazişi" Partiyasının Gülbenkyan, 30/3 ünvanında yerləşən ofislərindən birində partlayıcı qurğuya oxşar əşya aşkar edildikdən sonra cinayət işinin başlandığını elan edib. Bundan əvvəl oxşar əşya deputat Qurgen Arsenyanın ofisinin yerləşdiyi Gülbenkyan, 33 ünvanında tapılıb.

Nəşrlə söhbətində Qurgen Arsenyan təsdiqləyib ki, o və Romanos Petrosyan (Dövlət Nəzarəti Xidmətinin rəhbəri) aşağıdakı məzmunda SMS alıblar: "Sən hələ partlamamısan?"

Arsenyan mesajı silib, Petrosyan isə Milli Təhlükəsizlik Xidməti ilə əlaqə saxlayıb.

Bundan başqa, məlum olub ki, iki həftə əvvəl "Vətəndaş Sazişi" Partiyasından olan deputat Qaqik Melkonyanın evinin daş hasarının yaxınlığında kiçik partlayış baş verib və nəticədə maddi ziyan dəyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Bakıda 29 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb - Yenilənib

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Ən çox oxunanalar