Cümə axşamı, 01 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: FTX-nın Yekaterinburq ofisində ABŞ-dan sanksiyalaşdırılmış avadanlıq quraşdırılıb

2022-ci ilin martında Ural provayderi “Convex” Yekaterinburq FTX ofisində Rusiyaya ixracı qadağan edilən Amerikanın “Cisco” şirkətinə məxsus avadanlığını quraşdırıb..

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti Rusiya şirkətindən sızan məlumatlara və Rusiyadan gələn elektron məktublara istinadən məlumat yayıb.

NYT iddia edir ki, “Convex” avadanlığı Rusiyanın elektronika təchizatçısı “Nag” şirkətinin saytından alıb, o da öz növbəsində Çin bazarından “Cisco” avadanlıqları alıb. Qəzetə görə, alınmış avadanlıq “məlumatların təsnifləşdirilməsinə və səlahiyyətlilərə göndərilməsinə” kömək edir. Məqalədə o da bildirilir ki, “Convex” mühəndisləri Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq ofislərində “Cisco” avadanlığı quraşdırıblar.

Nəşr sızdırılan məlumatlara istinadən iddia edir ki, Rusiya rəhbərliyi sanksiyalara məruz qalmış Qərb elektronikasını almaq üçün Çin, Mərakeş və Türkiyədəki vasitəçilərdən istifadə edir. NYT-nin məlumatına görə, ixracı qadağan edilən mallar Mərakeş və Türkiyədən alınıb, sonra yenidən Rusiyaya gedən gəmilərə yüklənib. Qəzet “Nag”ın korporativ məlumatlarına istinadən yazır ki, şirkət Rusiyaya təxminən 10 milyon dollar dəyərində “Cisco” avadanlıqları və təxminən 1 milyon dollar dəyərində “Nokia” və “Intel” məhsulları idxal edib.

Qəzet, xüsusən, Mərakeşdən olan vasitəçilərin xidmətlərindən elektronika təchizatçısı “Prosoft” tərəfindən istifadə edildiyini qeyd edib. NYT bildirir ki, şirkət ağır sənaye və kritik infrastruktur üçün biometrik nəzarət avadanlığı və texnologiyası təqdim edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Məşhur meyxanaçının evinə basqın edildi    

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

NYT: Xamneyi Haniyənin öldürülməsinə cavab olaraq İsrailə zərbə endirmək əmri verib

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Yanacaqdoldurma məntəqəsində endirim gülüş hədəfinə çevrildi - Foto

AzTV-nin sədr müavini vəzifəsindən getdi - Başqa kanala rəhbər gətirilir

Ən çox oxunanalar