Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nömrəsiz maşın sürən şəxs həbs edildi

Məhkəmənin də qərarı ilə K.Əhmədov 10 sutka inzibati həbs edilib...

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində nəzarət-yoxlama tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əvvəlcə yolun müəyyən edilməyən hissəsindən keçərək özləri və digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan piyadalar müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və qaydalara riayət etmələrinin vacibliyi izah edilib.

Daha sonra gecə saatlarına qədər davam edən yoxlamalar zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, qarşı hərəkət zolağına çıxan, sürücülük hüququ olmadan avtmobil idarə edən sürücülər aşkarlanıb. Onlar məsuliyyətdən yayınmaq üçün müxtəlif bəhanələr gətirməyə çalışsalar da, yol polisi qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verib və barələrində inzibati protokol tərtib edib.

Həmçinin, sürücü Kamil Əhmədov istifadəsində olan “BMW” markalı avtomobili üzərində dövlət nömrə nişanı olmadan idarə etdiyi üçün inspektor tərəfindən saxlanılıb. Sürücüyə bu kimi halın yolverilməz olduğu izah edilsə də, o, qanuni tələbə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə K.Əhmədov 10 sutka inzibati həbs edilib.

Şəhər ərazisindən hərəkətin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ermənistan Hindistanın ən böyük silah alıcısı oldu

Qurban Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

Səudiyyə Ərəbistanı 2025-ci ildə ilk kiberidman Olimpiya Oyunlarına ev sahibliyi edəcək

İsmayıllıda 38 yaşlı kişi şəlalədən yıxılaraq ölüb

Avropanı mat qoyan Ənvər Paşanı Bakıda niyə qətlə yetirmək istədilər?

Bayden koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Ən çox oxunanalar