Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nisyə siqaret vermədiyinə görə qadını baltaladı - Təfərrüat, Yenilənib

Yardımlı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

"Unikal"ın məlumatına görə, Firqət Məstiyev Gülxar Məmmədovanın sahibi olduğu mağazaya daxil olaraq nisyə siqaret götürmək istəyib. Qadın ona icazə vermədikdə isə F.Məstiyev G.Məmmədovanı balta ilə qətlə yetirib. Firqət Məstiyev subay olub və kənddə tüfeyli həyat keçirən şəxs kimi tanınıb.

Mərhum qadının həyat yoldaşı isə bir neçə il öncə dünyasını dəyişib. Onun bir oğlu var. Oğlu və gəlini ilə birlikdə yaşayırmışlar.

***

İyulun 6-ı saat 22 radələrində Yardımlı rayonu, Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bəzi bölgələrə leysan yağır - Faktiki hava, Yenilənib    

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay